Masallıda ağır yol qəzası törətmiş “Mersedes Benz Vito”nun sürücüsü saxlanılıb

Masallıda ağır yol qəzası törətmiş “Mersedes Benz Vito”nun sürücüsü saxlanılıb
Загрузка...
 Bu gün səhər Ələt-Astara trasında ağır yol qəzası törətmiş "Mersedes Benz Vito" mikroavtobusunun sürücüsü saxlanılıb. Qəza zamanı 8 nəfər həlak olub, bir nəfər ağır yaralanıb. DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, Nizami Mustafayevin idarə etdiyi "Mersedes Benz Vito" arxadan "Kamaz 5511" maşınına çırpılıb. Toqquşma nəticəsində 8 nəfər həlak olub, bir nəfər yaralanıb.
DİN fakt üzrə CM-in 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırıb. N.Mustafayev saxlanılıb. İstintaq tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti