Nardaranda əməliyyatlar davam edir: saxlanılanlar var

Nardaranda əməliyyatlar davam edir: saxlanılanlar var
Загрузка...

Dekabrın 18-də günorta saatlarında Nardaranda keçirilən əməliyyat zamanı daha 3 nəfər saxlanılıb.  Məlumata görə, 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılmışdı. Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

 Onun sözlərinə görə, kənddə evlərdə və həyətyanı sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir. Xatırladaq ki, dekabrın 4-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var.

Criminal.az

Xəbər lenti