Bakıda 7 yaşlı uşaq öldürüldü?

Bakıda 7 yaşlı uşaq öldürüldü?
Загрузка...

Bakıda itkin düşmüş 7 yaşlı uşağın sağ olmasına ümid bitib. Bakı Şəhər Prokurorluğundan Criminal.az-a verilən məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat veib. 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb. Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Criminal.az

Xəbər lenti