Martin Luther King-in qətlindən 50 il keçir

31 Mart 2018, 02:05
31 Mart
2018
02:05
3231
50 il bundan öncə, 1968-ci il aprelin 4-də Martin Luther King Tennessi ştatının Memfis şəhərində «The Lorraine» motelinin eyvanında dayanarkən qətlə yetirilib. Vətəndaş hüquqları liderinin qətli ABŞ tarixində ən önəmli hadisələrdən biridir.
Şəhərin vətəndaş hüquqları hərəkatı və King-in qətlindəki rolu onu King irsi ilə maraqlanan hər kəsin ziyarət etmək istədiyi yerə çevirib.
Muzeylər, kilsələr və hətta əfsanəvi Bil küçəsi King-in son günlərinin hekayəsini danışır.
Bu tarixi hadisənin 50 illiyi münasibətilə minlərlə insanın Memfisi ziyarət edəcəyi gözlənilir. King-in fəaliyyətinə və hərəkata həsr edilmiş bir neçə tədbir artıq keçirilib. Aprelin əvvəlində daha çox tədbir, yürüşlər, konfranslar keçiriləcək, nitqlər söylənəcək.
Memfisin mərkəzindəki Milli vətəndaş hüquqları muzeyi şəhərin King-lə bağlı tarixinin mərkəzi sayılır.
«The Lorraine» motelinin ərazisində tikilmiş muzey 1991-ci ildə açılıb. Sonradan onun bərpasına 28 milyon dollar xərclənib və 2014-cü ildə muzey yeni interaktiv sərgiləri ilə yenidən açılıb.
Kleyborn məbədi
Hündür qülləsi və rəngli vitraj pəncərələri olan XIX əsrə aid bu kilsə o dövrün mühüm hadisələrindən olan təmizlik işçilərinin tətilinin baş qərargahı olub. Tətilə qatılan kişi və qadınlar görüşlərini burada keçirir, şəhər bələdiyyəsinə doğru yürüşlərini buradan başlayırlarmış.
1968-ci il martın 28-də King-in liderliyi ilə keçirilən yürüşdə zorakılıq baş verib: polislə etirazçılar toqquşub, Bil küçəsində bir neçə dükanın vitrinləri sındırılıb.
Yürüşçülər həmin bu məbədə tərəf qaçaraq ona pənah gətiriblər. Polis binanın yaxınlığında insanları döyüb və binanın içərisinə gözyaşardıcı qaz buraxıb.
Sonradan kilsə bağlanıb və 25 il boş qalıb. 2016-cı ildə «Clayborn Reborn» adlı təşkilat kilsəni bərpa etmək niyyətini açıqlayıb. Hazırda bərpa işləri davam edir, təmizlik işçilərinin tətilinə abidə qurulmaqdadır.
Qətlindən öncəki gecə King «The Lorraine» motelinin yaxınlığındakı Mason kilsəsində çox təsirli çıxış edib. King-in «Mən dağın zirvəsində olmuşam» adlanan bu nitqində yaxınlaşmaqda olan ölümündən də söz açdığını düşünənlər var.
«Mən vəd edilmiş torpağı görmüşəm. Ora sizinlə birlikdə gedib çıxmaya bilərəm», – King öz çıxışında deyib.
100 minədək ziyarətçi gözlənir
1940-cı illərdə tikilmiş bu boz kilsə kənardan maraqsız, qutuya bənzər bina kimi görünür. Ancaq onun içərisi çox maraqlıdır.
Kilsəni rəngli bayraqlar bəzəyir. King o tufanlı, ildırımlı və küləyin binanı silkələdiyi gecədə çıxış edən zaman insanların buraya toplaşdığını təsəvvür etmək çətin deyil.
Mason məbədində də King-in qətlinin 50 illiyi münasibətilə bir sıra tədbirlər keçiriləcək. Aprelin 3-dəki tədbirə King-in övladlarının da qatılacağı gözlənilir. Aprelin 4-də məbədə 100 minədək ziyarətçinin gələcəyi deyilir.
Paytaxt Vaşinqtonda Martin Luther King abidəsinin üzərində onun Linkoln memorialında söylədiyi məşhur «Mənim bir arzum var» (I Have A Dream) nitqindən sözlər həkk olunub.
Bundan başqa, Alabamanın Montqomeri şəhərində və Corciya ştatının Atlanta şəhərində də müntəzəm tədbirlər keçirilir.
King-in qətlinin ildönümü münasibətilə çox sayda insan Memfisi ziyarət edəcəyinə görə şəhərin otellərinin artıq dolduğu bildirilir.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Video, Dünya
“3-4 gündür acıq, meyitləri aparan yoxdur, bizi əvvəlki tarixlə xidmətdən azad etmək istəyirlər...” - UKRAYNADA RUSİYA ORDUSUNUN ACINACAQLI HALI
-
Manşet, Video, Dünya
Belarus ərazisindən Ukraynaya “İskəndər” raketi atılıb
-
Manşet, Video, Dünya
Rusiya işğalçı qüvvələri Kiyev ətrafındakı Buça şəhərində belə darmadağın edildi
-
Manşet, Video, Dünya
Rusiya qoşunları Melitopol şəhərini də tutub
-
Manşet, Video, Dünya
Dünyada ilk F-35 qadın pilotu ilk uçuşdaca 100 milyon dollarlıq qırıcını dənizdə batırdı...
-
Manşet, Video, Dünya
Kişiyə ''arvadının əyninə paltar geyindir'' deyən oğlan həbs edildi - VİDEO
-
Manşet, Video, Dünya
Martin Luther King-in qətlindən 50 il keçir
-
Manşet, Video, Dünya
Yaşayış binasında tələfatla nəticələnən partlayış kameralara belə düşdü
-
Manşet, Video, Dünya
Məşhur şirkət işçilərinin cinsi əlaqə videosu yayıldı - Böyük rəzalət