Martın əvvəli parlamentin yeni tərkibi təsdiqlənəcək

Martın əvvəli parlamentin yeni tərkibi təsdiqlənəcək
Загрузка...
 Mərkəzi Seçki Komissiyası bu həftə seçkilərə yekun vuracaq. "Qafqazinfo” xəbər verir ki, seçkilərin keçirilməsi ilə bağlı hazırlanan Təqvim Planına əsasən proses fevralın 29-na kimi yekunlaşmalıdır.
Belə ki, Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) seçkilərin nəticələrini təsdiq etməlidir.

Xəbər lenti