Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı

Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
Rusiya hərbçilərinin Mariupol doğum evinə endirdiyi hava zərbəsi nəticəsində 17 nəfər yaralanıb. Bu barədə Donetsk hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
"Hazırda Mariupol 2 saylı doğum evinə endirilmiş aviazərbə nəticəsində xəsarət alanların sayı 17 nəfərdir, həlak olan yoxdur”. Kirilenko bildirib ki, hava zərbəsi Rusiya ilə elan edilmiş və təsdiqlənmiş "sükut” rejimi dövründə həyata keçirilib. 

***
19:17
Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər. Bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb. "Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər.
Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib. Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib: "Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir". 





Xəbər lenti