“Mandarin LTD”nin pulu oğurladılar, özünü də şantaj edirlər

28 Dekabr 2020, 12:03
28 Dekabr
2020
12:03
414
"Dekabrın 12-də bizim şirkətin ofisinin binasındakı seyfi sındırmaqla 89 min manat oğurlanıb. Dekabrın 13-də oğurluq haqda biləndən dərhal sonra polisə məlumat verdik. Sağ olsunlar, işə peşəkar yanaşdılar, tez bir zamanda oğruların izinə düşdülər. Beyləqanın 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı tutuldular. Məlum oldu ki, Vaqif Pənahlı seyfdən pulu oğurlayaraq İlkin Nərimanova verib. Polis İlkin Nərimanovun yaşadığı ünvana baxış keçirdi, döşəmənin altında selofan paketdə oğurlanan məbləğin bir qismini - 41 min manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürüldü. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlandı” – "Mandarin LTD”nin icraçı direktoru Oktay Kərimli belə deyir.

Onun sözlərinə görə polisin tez bir zamanda işin üstünü açması onları sevindirib. Lakin sonra baş verənlər LTD rəhbərliyini daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edib:
"Vaqif Pənahlını həbs etsələr də, onunla əlbir olan, oğurluğa birgə gələn İlkin Nərimanovu bu günə qədər həbs etmirlər. Ümumiyyətlə bu işdə əli olan digər şəxslərin də istintaqa cəlb olunmasından bilərəkdən yayınırlar. Belə ki, istintaq zamanı "Mandarin LTD” MMC-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən dəmir seyfin qapısının sındırılaraq açıldığı müəyyən olunub. Üzə çıxıb ki, həmin gün Vaqif Pənahlı və İlkin Nərimanov ofis binasının mühafizəçisi Qüdrət Ərşad oğlu Əliyevin diqqətini yayındırmaq üçün plan qurublar. Plana görə İlkin Nərimanov araq və kolbasa, çörək alaraq mühafizəçinin yanına gəlib. Onunla birgə yeyib-içiblər. İçki məclisi zamanı mühafizəçi Qüdrət Əliyev qarşısındakı monitorda kameralarla ofisə nəzarəti unudub. Həmin vaxt ofisə çox yaxşı bələd olan Vaqif Pənahlı 2-ci mərkəbədəki seyfi açaraq oradan 89 min manatı oğurlayıb. Bundan sonra oğurlanan məbləği bölüşdürüblər.
Polisə oğurluq haqda müraciətdən sonra faktla bağlı Beylaqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM-nin 177.3.2-ci (külli miqdarda oğurluq)maddəsi ilə 200310102 nömrəli cinayət işi başlanıb.

Müstəntiq Şamo Meydiyev icraçı direktor Oqtay Seymur oğlu Kərimlini zərərçəkmiş şəxs qismində tanıyıb.
Zərərçəkmiş istintaqa bildirib ki, oğurluq baş verən gün LTD-nin xəzinədarı Niyammədin Süleymanov arasında təhvil təslim işləri aparılıb. Günün sonunda hər 2 vəzifəli şəxs xəzinədə olan vəsaitlərin hesabatına imzalar atıb. Həmin gün 8 səhifədən ibarət xəzinənin hesabatı - hərəkət raportu hazırlanaraq 89 min 160 manat məbləğində pul vəsaitinin mədaxil – depozit olmasına dair imza atıblar və "Mandarin LTD”-nin möhürü vurulub.
Zərərçəkən deyib ki, dövriyyə göstəriciləri daim vergi orqanına verilən hesabatla da tam təsdiqini tapır. Bununla belə istintaq orqanı naməlum səbəbdən oğurluq məbləğinin az göstərilməsinə maraq göstərir və İlkin Nərimanovu həbsdən yayındırır. Belə təqdim olunur ki, guya İlkin Nərimanovun niyyəti tamah məqsədi ilə oğurluq olmayıb.
Sual yaranır:
İlkin Nərimanovun niyyəti oğurluq olmayıbsa, nə olub?
İlkin Nərimanov Vaqif Pənahlının verdiyi pulun mənbəyini bilmirdisə, niyə aparıb evində döşəmənin altında gizlədib?
Onun oğurluqda birbaşa iştirakı göz qabağındadır və pulun mənbəyini də bilib. Ortada onu istintaqdan yayındırmaq və pulun qalan hissəsinə, əgər mümkün olsa, tam hissəsinə sahib çıxmaq niyyəti görünür.

Məsələnin digər tərəfi də var. Vaqif Pənahlı özünü istintaqa iş adamı kimi tədqim edib, guya özünün "Sofline” mebel salonu olduğunu deyib.
Faktiki isə o, Oktay Kərimli ilə uşaqlıq dostu olub. Usta olduğundan ara-sıra muzdla Vaqif Pənahlı "Mandarin LTD” MMC-nin mərkəzi ofisində və bütün mağazalarında xırda təmir işləri görüb. Həmin işləri gördüyü zamanlarda LTD-nin kamera sistemi, elektrik şəbəkəsi barədə məlumatlı olub. Vaqif Pənahlını o qədər inam qazanıb ki, "Mandarin LTD” MMC-də onu tikinti işləri üzrə iş icraçısı kimi işə götürmək və xidməti avtomobillə təmin etmək haqda düşünüblər.
Belə bir vaxtda oğurluq baş verib. Cinayət hadisəsini xronoloji addımlarından aydın olduğu kimi, bu bir qrup şəxsin qabaqcadan əlbir olaraq törətmiş olduğu cinayətdir.
Belə ki, Vaqif Pənahlı və İlkin Nərimanov "Mandarin LTD” MMC-nin inzibati binasının mühafizəçisi Qüdrət Əliyevin başını qatmaq üçün ona kolbasa və araq alaraq əvvəlcədən düşünülmüş şəkildə onu spirtli içki içirdərək sərxoş edəndən sonra cinayəti törədiblər.
Belə olduqda istintaqın İlkin Nərimanovun niyyəti ilə bağlı səhv qənaətə gəlməsi başa düşülmür. İlkin Nərmanovun əməlində 177.3.2.-ci maddəsinin əlamətlərinin olmasını istisna edən hallar yoxdur. Bundan başqa İlkin Nərimanovun evindən götürülən 41 min 750 manat və 1600 ABŞ dollarını istintaq orqanı qanunsuz olaraq özündə saxlayır. Cinayət Prosesual Məcəlləsinin tələbinə əsasən həmin pullar banka qaytarılmır.

Zərərçəkən bildirir ki, paralel olaraq mətbuatda LTD-yə qarşı qaralama kampaniyası da aparılır:
"Cənab nazir, hörmətli baş prokuror!
1 məram və niyyətləri var – istəyirlər ki, biz oğurlanmış 89 min manatı tələb etməyək və oğruluqda iştirak edənlər istintaqdan kənar qalıb öz çirkin niyyətlərini davam etdirsinlər. Ona görə də oğurluqdan az sonra barəmizdə və cinayətlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymağa başladılar. Bu cür qaralama kampaniyası üzərindən bizi oğurlanmış 89 min manatdan imtina etməyə məcbur etmək istəyirlər. Şantaj xarakterli fəaliyyətlə məşğul olurlar. Yazırlar ki, guya vergidən yayınırıq. Biz də vergi orqanını dəvət edib fəaliyyətimizi bir də araşdırılmasını tələb edirik.
Biz vətənimizi sevən, dövlətimizə hər cür dəstək verən iş adamlarıyıq. Dövlətə vergi verməyimizlə fəxr edirik. Belə qaralama kampaniyaları bizə yapışmaz.
Cənab nazir, hörmətli baş prokuror!
Azərbaycanda qanunçuluğun keşiyində dayanan vəzifəli şəxslər kimi sizlərdən xahiş edirik ki, LTD-dən 89 min manatın oğurlanması ilə əlaqəli başlanmış cinayət işi Beyləqan Rayon Polis Şöbəsindən alınaraq nəzarətə götürülməklə digər bir istintaq orqanında istintaqı təmin edilsin. Maddi sübut kimi İlkin Nərimanovun evində döşəmənin altından götürülən pul vəsaiti hesabımıza qaytarılsın. O da bildirək ki, bu gün 60 nəfərə yaxın işçilərin əmək haqqı ödənilməlidir. Məlum pandemiya ilə əlaqədar hazırda işçilərin əmək haqqını ödəməkdə çətinlik çəkirik. Xahiş edirik ki, hazırda istintaq orqanında maddi sübut kimi saxlanılan pul bank hesabına qoyulmadan bizə qaytarılsın”.
Qeyd edək ki, "Mandarin LTD” MMC 44 günlük Vətən Müharibəsi günlərində orduya yardım kampaniyasında fəal iştirak edib. Bu haqda sosial şəbəkələrdə bəs deyincə məlumat, videolar da yer alıb. Həmin videolardan birini və 89 min manat oğurlanmış məbləğin seyfdə olmasını təsdiq edən hesabatı da təqdim edirik.
Xəbər lenti
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Foto, Cinayət
“Mandarin LTD”nin pulu oğurladılar, özünü də şantaj edirlər
-
Manşet, Foto, Cinayət
Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır
-
Foto, Cinayət
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
-
Foto, Cinayət
Polşada ermənilər azərbaycanlılara atəş açdı
-
Foto, Cinayət
Baş Prokurorluq: "Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınıb, yaralanan var"
-
Foto, Cinayət
Kriminal Qaraçuxur: Asim ad günündə dostu ilə yeyib-içdi və kafeni işlədən gənci öldürdü
-
Foto, Cinayət
Oğluna “ananız yatıb” deyib... - Röyalənin qətlinin təfərrüatı
-
Manşet, Foto, Cinayət
Gəncədə idmançı öldürülüb, yoxsa intihar edib?
-
Foto, Cinayət
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı