Manaf Ağayevdən şok: Keçmiş kürəkənini həbs etdirdiyi iddia edilir

Manaf Ağayevdən şok: Keçmiş kürəkənini həbs etdirdiyi iddia edilir
Загрузка...

Müğənni cehizə görə keçmiş kürəkənindən pul tələb edir.

Ötən gün gecə saatlarında müğənni Manaf Ağayevin keçmiş kürəkəni Gürcüstan sərhədini keçmək istəyərkən saxlanılıb və oradan Qazax polis şöbəsinə aparılıb.

Medianews.az aznews.az xəbər verir ki, polis şöbəsində ona bildiriblər ki, Manaf Ağayev ondan qızının cehizlərinin qaytarmaması ilə bağlı şikayət edib.

Belə ki, müğənni cehizə görə sabiq kürəkənindən pul tələb edir. Buna görə onun ölkədən çıxışına qadağa qoydurub.

Saytın iddiasına görə, cehizlər Manaf Ağayevin evinə aparılıb və onlar onu götürməkdən imtina ediblər.

Müğənni ilə telefon vasitəsilə əlaqə saxlanılıb, zəngə cavab verən köməkçisi mövzunu öyrəndikdən sonra deyilənlərə münasibət bildirməkdən yayınıb.

Загрузка...
Загрузка...

Xəbər lenti