"Mammad Amin Resulzade” adlı gəmi qəzaya uğradı, Mübariz Məsimov od püskürdü...

Загрузка...
Bir neçə saat əvvəl "Mammad Amin Resulzade” adlı gəmi ilə Liberiya bayraqlı "Doric Warrior” gəmisi ilə toqquşub. Bu barədə azərbaycanlı iş adamı Mübariz Məsimov məlumat yayıb.
İş adamı bildirib ki, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub: "Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Qəza anı ilə eyni dəqiqələrdə türk və Azərbaycanda eyni adamların mediasında xəbərlər yayıldı. Bu xəbəri anında kim yaydı? Gəmiyə durduğu yerdə çarpmaq bir cinayətdir! Sonuna qədər araşdıracağıq. Bu xəbəri sevincək verənlər, Azərbaycan xainidir. Sonunda onu deyim ki, "Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük gəmidir. Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz. Hələ də anlamadınız. Siz bu xəyallarınızda boğulacaqsınız. Biz sizin sonunuzu görəcəyik, siz bizim deyil. Tək-tək gəlməyin, topunuz gəlsin. Hodri meydan! Ayrıca, şərəfsiz saytları maliyyələşdirən Rövnəq Abdullayev və Anara (Əlizadələrə-Aliyev) göz yuman dövlətə səslənirəm ki, bunların qarşısını alın. Mərdliyimizə görə, bizi peşman etməyin. Yetər buna göz yumuldu. Susan divar bir gün konuşur, danışır yəni...".
Xatırladaq ki, Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi bir neçə gün əvvəl istifadəyə verilib.


Загрузка...
Загрузка...

Xəbər lenti