Maduro ilə müsahibə zamanı amerikanlı jurnalist həbs edilib

Maduro ilə müsahibə zamanı amerikanlı jurnalist həbs edilib
Загрузка...
Venesuelanın prezident sarayında Nikolas Maduro ilə müsahibə zamanı ABŞ-ın ən məşhur ispandilli jurnalisti Xorxe Ramos saxlanılıb. "Amerikanın Səsi” radiosunun məlumatına görə, üç saatdan sonra Xorxe Ramos və onun televiziya qrupu sərbəst buraxılıb. https://www.golos-ameriki.ru/a/us-tv-presenter-detained-during-an-interview-with-maduro/4804060.html X.Ramos Venesuelaya bu ölkənin hakimiyyəti tərəfindən Nikolas Maduro ilə müsahibə üçün dəvət edilib.
X.Ramos sərbəst buraxılandan sonra başına gələnləri danışıb. "Müsahibə başlayandan 17 dəqiqə sonra demokratiyanın olmaması, siyasi məhbuslara verilən işgəncələr, humanitar böhran barədə suallar onun xoşuna gəlmədi. Maduroya zibillikdə yemək axtaran gənclərin fotolarını göstərdikdən sonra o, çıxıb getdi. Bundan sonra qrup saxlanılıb və çəkilən material bizdən alınıb”.
Venesuelanın rabitə naziri Xorxe Rodriges jurnalistlərin saxlanması xəbərini təkzib edib və deyib ki, X.Ramos Maduronu müsahibə zamanı təhqir edib, onu "qatil” və "diktator” adlandırıb.
Nazirin sözlərinə görə, məhz bu səbəbdən müsahibə yarımçıq dayandırılıb.
"Amerikanın Səsi” radiosu xatırladıb ki, X.Ramos ABŞ-ın ispandilli auditoriyasından kənarda qeyri-qanuni miqrantların hüquqlarını müdafiə edən ən fəal insan kimi tanınır. Radio qeyd edib ki, 2015-ci ildə mətbuat konfranslarının birində X.Ramos o zaman prezidentliyə namizəd olan Donald Trampla uzun-uzadı mübahisəyə başlayıb və bu mübahisə çox kəskin notlarda aparılıb. Kabel kanallarında analitik qismində X.Ramos Tramp administrasiyasını miqrasiya siyasətinə görə kəskin tənqid edir.
Загрузка...
Загрузка...

Xəbər lenti