Ölümlə nəticələnən hadisənin sağ qalmış şahidi: "Polislər bizi qəzaya salıb qaçmaq istəyirdi..." Ölümlə nəticələnən hadisənin sağ qalmış şahidi:

Ölümlə nəticələnən hadisənin sağ qalmış şahidi:
Загрузка...
Bir neçə əvvəl Ağstafa rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzasının sağ qalmış şahidi hadisənin qaranlıq məqamlarına aydınlıq gətirib. Yol qəzası zamanı avtomobildə olan və yüngül xəsarətlə sağ qurtulan Nicat Şamxalov hadisənin baş verməsində günahkarın yol polisi olduğunu iddia edir.  
Yol qəzası iki həftə əvvəl Ağstafa rayonun Yuxarı Göycəli kəndi ərazisndə baş verib. Qazax rayon sakini, 27 yaşlı İsmət Hacıyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Qazax rayon sakinləri, 27 yaşlı Nicat Şamxalov və 25 yaşlı Fuad Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. 

Mərhum İsmət Hacıyev 
N.Şamxalov Criminal.az saytına açıqlamasında bildirdi ki, hadisə onlar Ağstafa rayonundakı ''Limonluq'' kafesinə gedərkən baş verib. Onun sözlərinə görə, Ağstafa körpüsünün üstündə İ.Hacıyev qarşısındakı avtomobili ötən zaman yol polisi onları təqib etməyə başlayıb:
''Biz maşını ötən zaman yol polisi miqalkasını yandıraraq bizi qovmağa başladı. Bizi qovan 99 YP 148 nömrəli BMW idi. Rayon yol polisinin rəisi Ramin adlı yol polisi idi. Görsəm tanıyaram. Polis bizi arxadan qovurdu, İsmət Hacıyev döngəyə girən zaman maşın aşdı və dərəyə düşdü. Polislər qaçmaq istəyəndə yaxınlıqdakı adamlar dedi ki, camaatın balasını öldürüb hara qaçırsınız. Bundan sonra kənarda dayanıb baxmağa başladılar. Onlar 3 nəfər idi. Qəzadan mən və Fuad yüngül sıyrıqlarlar sağ çıxdıq. İsmət qəza zamanı öldü. O maşından kənara çıxmışdı deyə dünyasını dəyişdi''. 
N.Şamxalov deyir ki, hadisəyə səbəbkarın yol polisi olmasını da istintaqda ifadə verən zaman müstəntiqə bildirib. 

Qəzaya düşən avtomobil
İşi araşdıran Ağstafa Polis Şöbəsinin Təhmasib adlı müstəntiqi Criminal.az saytına bildirdi ki, istintaq sirri olduğundan ətraflı məlumat verə bilməz. Müstəntiq  sadəcə faktla bağlı cinayət işi başlandığını, istintaq aparıldığını deməklə kifayətləndi. ''Qəzanın yol polisinin avtomobili təqib etməsi nəticəsində baş verib'' sualına isə müstəntiq cavab vermədi. 


Загрузка...
Загрузка...

Xəbər lenti