"Lotu Quli"yə cinayət işi açıldı

Загрузка...
Kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifova qarşı yeni cinayət işi açılıb. Adam oğurluğu və hədə-qorxu ilə pul tələb etməyə görə axtarışda olan N.Səlifova qarşı Rusiya Cinayət Məcəlləsinin 210-cu (Cinayət aləmində yüksək təbəqəyə mənsub olma) maddəsi ilə də axtarışa verilib. Criminal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onu bu cinayətə görə 15 il cəza gözləyir.
İstintaqın qənaətinə görə, Lotu Quli oğru aləmində böyük nüfuza sahibdir. Öz nüfuzundan Moskva şəhəri və Rusiya ilə yanaşı xarici ölkələrdə cinayətkarlara rəhbərlik etmək üçün istifadə edib. 
Hazırda Lotu Quli Türkiyəni tərk etmək məcburiyyətində qalıb və Qətərdə məskunlaşıb. Çünki Türkiyə hüquq-mühafizə orqanında da, onun barəsində şikayətlər olub. Moskvada keçirilmiş məhkəmə işində Lotu Quli Crinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham olunub. İstintaq hesab edir ki, Lotu Quli hələ 2015-ci ilə Azərbaycan həbsxanada olan zaman polyak Kamal Quliyevin oğurluğunu təşkil edib. Adam oğruları onu idman kompleksindən oğurlayıblar və qohumlarından 10 milyon tələb ediblər. Lakin Kamal Quliyev qaçmağa müvəffəq olub. Oğurluğu Qulinin yaxını Maqsud Qurbanov adlı həyata keçirib. Qurbanov sonradan həbs edilib və cəzasını yüngülləşdirmək üçün istintaqla iş birliyinə giri, Səlifova qarşı ifadə verib.
Lotu Quliyə qarşı irəli sürülən ittiham Cinayət Məcəlləsinin 210-cu (Cinayət aləmində yüksək təbəqəyə mənsub olma) maddəsi 2019-cu ilin yazında Rusiyada yeni qəbul olunub. Bu ittiham artıq kriminal aləmin 24 nüfuzli şəxsinə şamil olunub. 
İttiham olunanlar arasında Nikolay Kuzmiçev, Kolya Tomski, Çumbey Bayramadi (Bonço), Roma Stavropolski, Şişqan, Oleq Piroqov, Şalva Ozmanov (Kusya), Əhməd Yevloyev, Rəşid Cambulski və Qoça Antipov da var. 
Загрузка...
Загрузка...

Xəbər lenti