“Lotu Quli”nin rəqibi yenə Ukraynadan deportasiya olundu

“Lotu Quli”nin rəqibi yenə Ukraynadan deportasiya olundu
Загрузка...
Ukrayna Təhlükəsizlik Xidməti "Dato Ağcabədinski” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Cavid Məmmədovu növbəti dəfə ölkədən deportasiya edib. "Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı qanuni oğru Ukrayna ərazisinə cinayətkar qruplaşmalardan birinin fəaliyyətini koordinasiya etmək, eləcə də qanuni və kölgə biznesinin xüsusi sahələrinə nəzarəti bərpa etmək üçün keçib.
O həmçinin, pul axınının yenidən paylaşdırılmasına nəzarəti, o cümlədən cənub regionunun aqrar sənaye kompleksi müəssisələrinə "sayğac qoymağ”ı planlaşdırıb.
Qeyd edək ki, azərbaycanlı kriminal avtoritet "Lotu Quli”nin (Nadir Səlifov) rəqibi kimi tanınan "Dato” bundan əvvəl də 3 dəfə Ukraynadan deportasiya olunub. Sonuncu dəfə o, martın əvvəlində Bolqradda tutularaq ölkəyə qanunsuz daxil olduğuna və tranzit gediş qaydalarını pozduğuna görə Ukraynadan çıxarılmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti