“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SÜRÜCÜ “XAN”I ARADAN GÖTÜRMƏK İSTƏYİRMİŞ...

01 Sentyabr 2020, 17:52
01 Sentyabr
2020
17:52
4842
Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən mşhur kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli”) qardaşı, "Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun "vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən "proqon” saxtadır. Virtualaz.org xəbər verir ki, bu haqda "Prime Crime” agentliyi bildirir.
İddia edilir ki, həmin "proqon”un altında imzası olan "vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara "proqon” göndərməyiblər.
Xatırladaq ki, həmin "proqon”un altında "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra "qanuni oğruların” adları yer almışdı. Lakin virtualaz.org dəqiqləşdirmişdi ki, həmin "proqon” bir il əvvəl olub və daha sonra "qüvvəsini itirib”. Namiq Səlifovun "Lotu Quli”nin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu "sənəd” ortaya atılıb.

"Prime Crime” bildirir ki, Qulinin öldürülməsinin arxasında "Rövşən Lənkəranski”nin qardaşı, Azərbaycan gömrüyünün polkovnik rütbəli keçmiş əməkdaşı Namiqin və Moskvada fəaliyyət göstərən əmisi oğlu Zaurun ("Zayka”) dayandığı deyilir. Onlar istənilən yolla qardaşlarının qisasını alacaqlarına and içmişdilər.
Lakin Quli Rövşənin ölümünə görə heç vaxt günahı üzərinə götürməmişdi. Heç bir "qanuni oğru”, o cümlədən "Rövşən Lənkəranski”nin dostları onu bu qətlə görə birbaşa ittiham etməmişdilər. Ona görə də əgər Rövşənin öldürülməsi iki "qanuni oğru”nun toqquşmasının nəticəsidirsə indiki halda Qulinin qətli "Lənkəranski”nin qohumlarının qan qisasıdır.

"Rövşən Lənkərnski"nin qardaşı, solda
O da bildirilir ki, həmin "proqon”da adları göstərilən "vor”ların hamısının Quli ilə bu və ya digər formada münaqişəsi olub, amma Quli onlarla açıq münaqişəyə getməyib. Bununla belə Qulinin qətlinin Quram, Badri və Şakro ilə bağlı olduğu haqda versiya dərhal ortaya atılıb.
Sayt daha sonra yazır ki, Qulinin qatili Xaqan Zeynalov ("Xan Əhmədlinski”) xüsusi olaraq onun ətrafına yerləşdirilməmişdi, amma Qulinin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil Qulini öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu məlum deyil, amma görünən odur ki, cinayətdən sonra ələ keçməklə onun planları pozulub.

Sayt mənbəyə istinadən bildirir ki, sifarişçiyə aparan izləri itirmək üçün "Xan”ı onun cinayət ortağı-sürücü Amir Həmidli aradan götürməliydi. Həmidlini "Xan”a "Rövşən Lənkəranski”nin qohumları calaşdırıb, amma Antalya-Denizli yolunda onları polis saxladığına görə sürücü "Xan”ı öldürə bilməyib. Habelə deyilənə görə, Xaqan Zeynalov qətlə görə vəd olunan qonorarı almayıb. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində Qulini öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir.
Üstəlik iddia olunur ki, "Xan” daha sonra sifarişçi kimi "Kvejoyeviç” ləqəbli gürcü "qanuni oğru” Quram Çxladzenin adını çəkməlidir. "Kvejoyeviç” ötən ilin avqustunda Antalyada Quli ilə söhbət zamanı onun adamı, "Arman Dikiy” ləqəbli qazaxıstanlı "fraer” ("vor” adı almağa can atan) Arman Cumqaldiyev tərəfindən döyülmüşdü. Quli isə onu cəzalandırmaqdan imtina etmişdi.
Namiqə gəldiksə isə onu nüfuzdan salmağa yönələn saxta "proqon” kriminal aləmin liderlərinin ona qarşı iddiasının olmadığını göstərmiş olub. İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namiq onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb.

Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, "vor” statusu alandan sonra bəzi məsələlərdə qardaşı ilə fərqli mövqe ortaya qoyub. Namiq qardaşına nisbətən kompromslərə meyllidir, amma publik şəxs deyil. İndi onun qardaşının işini davam etdirməkdən başqa yolu qalmır...
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...
-
Manşet, Foto, Oğru dünyası
Tanınmış xanım müğənnilərin qətlə yetirilən "qanuni oğru” ilə hansı əlaqələri varmış?
-
Manşet, Foto, Oğru dünyası
Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın həbsi - Qardaşı “Lotu Quli”nin düşməni olub
-
Manşet, Foto, Oğru dünyası
“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SÜRÜCÜ “XAN”I ARADAN GÖTÜRMƏK İSTƏYİRMİŞ...
-
Manşet, Foto, Oğru dünyası
Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Qulini öldürən Xan bu hala salındı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quliyə sui-qəsd: öz yaxını ona 4 güllə vurdu: sui -qəsdçinin fotosu və adı bu yazıda