''Lotu Quli''nin məzarı köçürüldü

''Lotu Quli''nin məzarı köçürüldü
2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən "Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı dəyişdirilib. Criminal.az saytının əldə etdiyi məlumata görə, N.Səlifovun ailəsi böyük ərazi alaraq onun nəşini həmin yerə köçürüblər.
Qeyd edək ki, "Lotu Quli” İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda dəfn edilmişdi. O, ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib.

Xəbər lenti