“Lotu Quli”nin adamı Bakıda öldürüldü “Lotu Quli”nin adamı Bakıda öldürüldü

“Lotu Quli”nin adamı Bakıda öldürüldü
Загрузка...
Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Medianews.az ONA-ya istinadən məlumat verir ki, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib.
Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin "təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib. Cüdo üzrə Azərbaycan çempionu olan M.Cəfərov "Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.
DİN-in mətbuat xidmətindən müxtəlif cinayətlərdə adı keçən M.Cəfərovun xüsusi əməliyyat zamanı məhv edildiyini təsdiqləyiblər. 
Criminal.az xatırladır ki, M.Cəfərov 2011-ci ildə Bakının Yasamal rayonunda dəhşətli qətl törətmişdi dən Azərbaycan çempionu həbs edildi. O, 30 yaşlı Taleh Məmmədovu odlu silahla qətlə yetirib. Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M.Cəfərovun barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə axtarış elan olunmuşdu.
M.Cəfərovun öldürdüyü Telehlə münaqişəsi barlardan birində başlayıb. Sentyabrın 9-a keçən gecə barda baş verən münaqişəni həll etmək istəyən M.Cəfərov səhəri gün idarə etdiyi qara rəngli "Hyundai-Sonata" markalı avtomobillə Talehin yaşadığı evə gələrək onu "razborkaya" çağırıb. Hətta maşına Talehin qardaşı da minmək istəyib. Lakin Teleh qardaşına "O, tək gəlib, mən də tək gedəcəm" deyərək Müseyibin maşınına əyləşib. İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı M.Cəfərov tapança ilə cəmi iki ay əvvəl ailə quran Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Hadisədən sonra M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib.
Bir vaxtlar peşəkar idmançı kimi adından söz etdirən M.Cəfərovun adı sonradan böyük cinayət hadisələrində hallanıb. Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən "AZEL Azərbaycan Elektroniks" şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra M.Cəfərov həbsdən azad olmağı bacarıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti