"Lotu Quli" soyadını dəyişdi

Загрузка...
Kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov soyadını dəyişib. Criminal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, indi o, İsmayılovdur. Həmin soyad altında "qanuni oğru”nun axtarıldığı bildirilir.
Beynəlxalq qanuni oğru siyahısında 47 yaşlı Lotu Quli son vaxtlara qədər Səlifov soyadını daşıyırdı. Bir gün əvvəl onun barəsində c Rusiya Cinayət Məcəlləsinin 210-cu (Cinayət aləmində yüksək təbəqəyə mənsub olma) maddəsi ilə cinayət işi açıldığı məlum oldu.
İstintaqın məlumatına görə, 2009-cu ildən bu günə qədər Rusiyadan kənarda olan Səlifov-İsmayılov, kriminal aləmdə nüfuzundan istifadə edərək, özünü "qanun oğru" kimi təqdim edərək, Moskva şəhərində və digər bölgələrdə cinayət fəaliyyətinin təşkili, rəhbərliyi və əlaqələndirilməsində iştirak edib.
Загрузка...
Загрузка...

Xəbər lenti