"Lotu Quli" Bakıya qayıtdı

Загрузка...
Kriminal aləmdə "Lotu Quli" kimi tanınan 46 yaşlı "qanuni oğlu" Nadir Səlifovu Bakıda görüblər. Bu barədə "vatan crime" kanalı məlumat yayıb. Onun Azərbaycanda görünməsinin səbəbi məlum deyil.
Məlumata görə, "Lotu Quli" son zamanlar Birləşmiş Ərəb Əmirliklərinə yaşayırdı. O, 2017-ci ilin payırzında 22 illik məhkumluqdan azad olaraq İstanbuldakı villasında yaşayırdı. Hətta oradan da Rusiyada öz təsirini imkanlarını genişləndirə bilmişdi.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, "Lotu Quli" həbsdə olan zamanlarda da biznesmenləri oğurladaraq pul müqabilində azad edirmiş. Moskva məhkəməsi Nadir Səlifovu adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə axtarışa vermişdi. Rusiya və Rürkiyənin siyasi yaxınlaşmasından sonra Qulinin problemləri yenidən başladı. 2018-ci ilin oktraybarında onun İstanbulda tutulma xəbəri də yayılmışdı. Onun Rusiyaya və ya Azərbaycana deportasiya məsələsi gündəmə gəlmişdi. Sonradan Türkiyə hakimiyyəti onu Azərbaycana göndərməsi və Bakıda ev dustaqlığı verilməsi xəbəri yayıldı. Türkiyənin Ədliyyə Nazirliyi Qulinin Bakıya ekstrdisya olunmadığını bəyan etdi.
Məlumatda həmçinin bildirilir ki, Risiyanın böyük ticarətçiləri "Lotu Quli"yə haqq ödəyir. O, ehtiyatında milyardlarla dolları olan ən zəngin "qanuni oğru" hesab olunur. 
Загрузка...
Загрузка...

Xəbər lenti