Lotu Quli Bakıda peyda oldu

Lotu Quli Bakıda peyda oldu
Загрузка...
Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib. Bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib. Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.
Ötən ilin oktyabr ayının 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Lotu Qulinin cəzasının şərti olaraq dəyişdirilməsi ilə azadlığa buraxılması barədə vəsatətini təmin edib.

Xəbər lenti