Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? - O, milyonluq at minir...

25 Aprel 2019, 13:02
25 Aprel
2019
13:02
3746
SOCAR-ın prezidenti Rövnəq Abdullayev ölkə neftinin xarici bazarlara satışını faktiki olaraq qohumu Anar Əliyevə və Əhmədzadə qardaşlarına etibar edib. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, ölkə neftinin xarici bazarlara satışını həyata keçirən SOCAR-Tradingin üzü Sinqapurdan bəri Cenevrədəki baş ofisinə qədər nə əməliyyatlar keçirilib, nə maxinasiyalara yol verilib, bunlar çox dərin araşdırmalar tələb edir. Sadəcə dövlətin neft şirkətinin düşdüyü durumu xatırlamağınız kifayətdir.

Rövnəq Abdullayev
Aydın məsələdir ki, 10 milyarda çatan borcu nə ağzı köpüklənə-köpüklənə SOCAR-ın müdafiəsinə qalxmış məlum deputat, nə Rövnəq Abdullayev, nə də qeyrisi ödəməyəcək, yenə o pullar xalqın cibindən çıxacaq, boğazından kəsiləcək.
Kimdir cənab Əhmədzadə?
2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisidir, SOCAR-Trading-ə rəhbərlik edir. Amma Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qohumudur.
Bəzən deyirlər, "Adnan kiçik adamdı”, amma bu kiçik adamın özünün belə ultra-lüks həyatı, zəngin yaşayışı ingilisləri belə heyrətə gətirir. Bahalı SR brendinin düşkünüdür. Artıq şəkillərini mətbuatda yayılan bahalı avtomobillər, qiyməti 1 milyon dollara çatan Jacob Co Astronomia saatı, Palm Cümeyrada daşınmaz əmlak, şirkətlər – bunlar bir idarə rəisinin gözünü doyurmayacaq qədər əldə etdiyi imkanlardır.

Bu ilin fevralında yerli mətbuatda SOCAR-da aparılan yoxlamalar zamanı törəmə şirkətlərdə ciddi maxinasiyalar və vergidən yayınma hallarının üzə çıxdığı, Rövnəq Abdullayevin kassası kimi tanınan Adnan Əhmədzadənin saxlandığı və daha sonra sərbəst buraxıldığı barədə təsdiq olunmamış məlumat yayılmışdı.
Azərbaycanda SOCAR rəsmisinin geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar var.
Məsələn Rahat supermarketlər şəbəkəsi, Xoxo gecə klubu, hətta Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən "Caspian Service” tikinti şirkətinin də Adnan Əhmədzadəyə məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı "Throughbred” atları var. Amma bunlar hamısı deyil...

"Throughbred” atı
İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan (8 milyon dollara yaxın) mənzil aldığı haqqında sənəd yerləşdirilib. Söhbət ingilislərin Hamlet Tower adlandırdığı, Denison House, 20 Lanterns way ünvanındakı 409-saylı mənzildən gedir. Sənədə görə mənzil üçün ödəniş İngiltərənin cənubundakı Channel adalarında qeydiyyatdan keçmiş Hambros BANK LİMİTED üzərindən reallaşdırılıb.

Sənədlərdən göründüyü kimi 5 milyon 500 min funt sterlinq dəyərində birinci ödəniş 26 aprel 2018-ci il tarixdə Adnan Əhmədzadənin öz adına olub. Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Yeri gəlmişkən Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.
Londondakı mənzilə görə 550 min funt sterlinqlik ikinci ödəniş 2019-cu il fevralın 14-də Aa Properties 2000 Limited şirkəti üzərindən həyata keçirilib.

AA PROPERTIES 2000 LTD 2015-ci il dekabrın 4-də Londonda qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 09903368, hüquqi ünvanı London, 32 Old Burlington Street-dir. Şirkətin təsisçisi Adnan Əhmədzadədir. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur.
SOCAR-ın idarə rəisi və SOCAR Tradingin rəhbəri 2017-ci il yanvarın 9-a qədər həm də təsisçisi olduğu özəl şirkətdə direktor vəzifəsini icra edib. Bu tarixdən bəri şirkətə 1994-cü il təvəllüdlü Nigar Kərimli rəhbərlik edir.
Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 08715209, qeydiyyat ünvanı Gallium House Unit 2, Station Court Borough Green Sevenoaks Kent.
Şirkət daşınmaz əmlak alışı və satışı ilə məşğuldur. Şirkətin səhmdarları arasında azərbaycanlılardan Elmar Ağamalıyev, Toğrul Rzayev adlı şəxslərlə yanaşı (hər ikisi SOCAR Tradingin işçisidir), Corinthia Properties SA şirkətinin adı da var. Bu şirkət İsveçrədə qeydiyyatdan keçib və Bakı şəhəri, Bülbül prospekti 18 ünvanında qeydiyyatda olan 1976-cı il MİRZƏCANOVA DİLARƏ CAHANGİROVNA adlı qadının adına rəsmiləşdirilib.

Qeyd edək ki, bu ünvanda AZAL prezidenti Cahangir Əsgərovun qızları Cəmilə və Məlahət Əsgərovalar da bu ünvanda qeydiyyatdadırlar.
Reyestr xidmətinə 2 dekabr 2018-ci ildə əlavə edilən məlumata görə şirkətin səhmlərinin dəyəri 1 milyon 12 min 382 funt sterlinq təşkil edib.
2016-cı ilin aprelin 6-da Adnan Əhmədzadənin qardaşı, 1977-ci il təvəllüdlü Xəyal Əhmədzadə və atası, 1948-ci il təvəllüdlü Azər Əhmədzadə bu şirkətin səhmlərinin böyük hissəsini alaraq, şirkətin 75 faizinə nəzarət edir.
Adnan Əhmədzadənin qardaşı, Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. Qardaşının prezidenti olduğu SOCAR-Trading-də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edir.
Maraqlı nüanslardan biri Xəyal Əhmədzadənin qeydiyyat ünvanının Dilarə Mirzəcanova Cahangirovnaya aid Corinthia Properties SA şirkətinin Cenevrədəki ünvanının eyni olmasıdır.

Digər nüans, SOCAR Tradingin direktorlarından biri Məryəm Almaszadənin də Dilarə Mirzəcanovaya digər şirkətdə pay sahibi olmasıdır.
Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 410363, nizamnamə kapitalı 3.006,00 avrodur. Amma bu şirkət SOCAR rəsmisi üçün sadəcə viza və rezidensiya məqsədi daşıyır.

İxtiyar Axundov
Rövnəq Abdullayevin daha bir adamı, SOCAR-ın törəmə müəssisə Boss-Shelfin prezidenti İxtiyar Axundovun Amerika macəraları üzə çıxıb. Marqlıdır, SOCAR-ın kisəsinə girənlərin hamısı necə biznesmen olub.
Yadınızdadır, o, Miamidə milyonlarla dollara mənzil almışdı? Bu mətbuata bəlli olanıdır, adam Amerikanın şərqindən vurub qərbindən çıxır, Miamidən girib San-Fransiskodan çıxır. C.Həsənlinin növbəti araşdırması İ.Axundov haqda olacaq.

Eyni zamanda Rövnəq Abdullayev Polaris Plazanın 8-ci mərtəbəsindəki böyük "işlər”i barədə xəbəriniz olacaq.




















Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Səs-küylü "dərman işi"nə görə məhkum edilmiş gömrük generalının oğlu İngiltərədə şirkət təsis edib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
SOS!!! KARANTİN PULLARI LONDONA GEDİR
-
Sənəd, Manşet, Foto, Korrupsiya
AKİM BƏDƏLOVUN "QARA QUTU"SU
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Keçmiş deputatın "Qaçqınkom"da MÜDHİŞ TENDER ƏMƏLİYYATI
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Deputat oğlu Londonda 1.300.000 manata ev alıb
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Azal"ın şefi Cahangir Əsgərovun ailəsinin varidatı sənədlərlə sübut edildi
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Oqtay Əsədovun həyat yoldaşı Nyu-Yorkda 1,8 milyon dollarlıq mənzili almaqdan niyə vaz keçdi?
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Daha bir məmur oğlunun Londonda ÇOXMİLYONLUQ şirkəti üzə çıxdı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Azərbaycan səfirinin xanımı Böyük Britaniyada şirkət açıb