"Lombard Məlahət"dən absurd tələb: Baş redaktor həbs edilsin!

Загрузка...
"Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədovu həbs etdirmək istəyir. Bunun üçün o, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.
M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil.
"Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız"-deyə M.Qurbanova iddiasında qeyd edib.
İddia ilə bağlı bu gün Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Cavabdeh Anar Məmmədov iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim hazırlıq iclasını oktyabrın 23-ü saat 12.00-yə təyin edib.
A.Məmmədov bildirdi ki, Criminal.az saytında M.Qurbanova ilə keçmiş nazir Fizuli Ələkbərovla aralarında olan məhkəmə haqda yazı dərc olunub. Yazıda M.Qurbanovanın da mövqeyi yer alıb.
Baş redaktorun sözlərinə görə, M.Qurbanova iddiasında heç bir lombard fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, "Lombard N:1”in saytında həmin təşkilatın rəhbəri kimi həmin xanımın adı göstərilib. Digər tərəfdən "Lombard Məlahət” sözündə heç bir təhqirdən söhbət gedə bilməz, bu formada təqdimat onun sırf fəaliyyəti ilə bağlıdır.
 Məlahət Qurbanovanın təhqir və böhtan hesab etdiyi yazılar:
"Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər
"Məlahət Qurbanovanın iddiası tam absurddur. Əksinə, Məlahət Qurbanova iddiası ilə mənə qarşı böhtana yol verib. Eyni zamanda, Məlahət xanımın bu addımı mənim əsassız məhkəməyə çəkilməyimə və susdurulmağıma hesablanıb. Bunun özü qanunsuzluqdur. Əsassız məhkəməyə vermə də əlavə məsuliyyət yaradır. Vəkillərimlə məsləhətləşdikdən sonra Məlahət Qurbanovanın iddiasında mənə qarşı yol verdiyi böhtana görə məhkəmə davası açacam.
Digər tərəfdən, görünür Məlahət Qurbanovanın böhtan və təhqir mənaları haqda məlumatı olduqca məhduddur. Məsələn Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov haqda "Baş bankir", fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqda "fövqəl nazir", Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda "baş gömrükçü" kimi ifadələr işlədilir. Bu ifadələr böhtan və təhqir hesab edilə bilməz"-deyə baş redaktor vurğulayıb.
M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması haqda "Lombard N:1”in saytında da yerləşdirilib. Həmin saytdakı məlumatı da təqdim edirik:

Загрузка...
Загрузка...

Xəbər lenti