"Lombard Məlahət" Qarabağ qazisini də həbs etdiribmiş

Загрузка...
Criminal.az saytının baş redaktoru Anar Məmmədovun həbs edilməsi üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran "Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova bir müddət əvvəl Qarabağ qazisini tutdurub. Criminal.az saytının əldə etdiyi məlumata görə, M.Qurbanova Kəlbəcər rayonundan məcburi köçkün olan Bəhlul Həsənov adlı Qarabağ qazisinin 3 il 6 ay azadlıqdan məhrum edilməsinə nail olub.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılıb. Qarabağ qazisi B.Həsənov imzalanmayan lombard biletinə görə azadlığını itirib. M.Qurbanova isə Bilalı 105 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə günahlandırıb. 
Təqdim etdiyimiz məhkəmə işindən də görünür ki, M.Qurbanova lombard fəaliyyəti ilə məşğuldur. Buna baxmayaraq, Criminal.az saytının baş redaktoru Anar Məmmədovun onu "Lombard Məlahət" kimi təqdim etməsini təhqir və böhtan hesab edib. Buna görə də, Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. O, eyni zamanda iddiasında lombard fəaliyyəti ilə məşğul olmasını təkzib edir. 
M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması haqda özünün rəhbərlik etdiyi "Lombard N:1”in saytında yerləşdirilib.
Загрузка...
Загрузка...

Xəbər lenti