Bakıda kişi qadını qorxuya saldı

Bakıda kişi qadını qorxuya saldı
Загрузка...

Bakıda qadının maşını qaçırılıb. Criminal.az xəbər verir ki, Bakı şəhər sakini Ulduz Aslanova ''Hyundai'' markalı avtomobilini oktyabrın 25-də Binəqədi rayonunun M.Cəlal küçəsində yerləşən avtoyuma məntəqəsinə aparıb. 

Geri qayıdanda isə avtomobilini yerində görməyib. Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Dövlət Yol Polisi İdarəsi əməkdaşlrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobil 28 May küçəsində saxlanılıb. Onu idarə edən avtoyuma məntəqəsinin işçisi, Quba rayon sakini Sabir Orucov Binəqədi Polis İdarəsinin 7-ci bölməsinə təhvil verilib. 

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Criminal.az

Xəbər lenti