"Ölkə sırf polis dövlətinə çevrilmək riskini yaşamaqdadır"

Загрузка...
REAL partiyasının sədri Bakı Yasamal rayonundakı yaşayış binasına polis qüvvələrinin yeridilməsini pisləyib. Partiya sədri qeyd edib ki, polisin Yasamaldakı yaşayış binasına bu günkü kütləvi və qanunsuz soxulmasını təşkil edənlərin hamısını ya dövlət özü dərhal cəzalandırmalıdır ya da onların hamısı Maqnistki Aktına məruz qoyulmalıdır!
"Uzun müddət mövcud olmuş sosial kontrakt (neft gəlirlərinin pis-yaxşı bölüşdürülməsi əvəzində insan haqlarının məhdudlaşdırılması) artıq dağılır və ölkə sırf polis dövlətinə çevrilmək riskini yaşamaqdadır"- deyə İ.Məmmədov bildirib.
Xatırladaq ki, dünən isə sərt karantin rejimi zamanı Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakininləri polisin üstünə zibil torbaları atıblar. Bu gün isə həmin küçəyə polis yeridilib. Criminal.az xəbər verir ki, onlar binaya daxil olaraq 9 nəfər sakini saxlayıblar. Onların bəziləri yarıçılpaq şəkildə aparılıb. 
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi hələlik açıqlama yaymayıb. 

Xəbər lenti