Həmkəndlisini güllələyən ağdamlı polisə təslim oldu

Həmkəndlisini güllələyən ağdamlı polisə təslim oldu
Загрузка...

Həmyerlisini güllələyən Ağdam sakini polisə təslim olub.

Criminal.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib. N.Aslanov könüllü olaraq, Tərtər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Criminal.az

Xəbər lenti