Lənkəranda öldürülən 22 yaşlı restoran işçisi Lənkəranda öldürülən 22 yaşlı restoran işçisi

Lənkəranda öldürülən 22 yaşlı restoran işçisi
Загрузка...
 Yanvarın 29-da Lənkəranda 22 yaşlı oğlanı bıçaqlayaraq öldürən 1995-ci il təvəllüdlü Heydər Əlili məhkəmə qarşısına çıxarılıb. Publika.az xəbər verir ki, Lənkəran rayon Məhkəməsinin qərarı ilə Aşağı Nüvədi kənd sakini, 1997-ci il təvəllüdlü Şadman Balayev yaşadığı kəndin ərazisində qətlə yetirən şəxs barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, qətlə yetirilən Ş.Balayev restoranda işləyirmiş. Onlar yanvarın 29-da, saat 10.00-da rayon ərazisindəki "Xan Lənkəran” restoranının yaxınlığında görüşüb. Aralarında yaranmış mübahisə zamanı Heydər Əlili Şadman Balayevin əvvəlcə qarın nayihəsinə bir neçə zərbə vurub, daha sonra isə ürək nahiyəsindən vuraraq onu öldürüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətlə yetirilən 22 yaşlı Şadmanın fotolarını təqdim edirik. 

Загрузка...
Загрузка...

Xəbər lenti