Lənkəranda: İmtahana gələn 7 tələbəni gün vurub

Lənkəranda: İmtahana gələn 7 tələbəni gün vurub
Загрузка...
Onlar xəstəxanaya qaldırılsalar da, sonradan evə buraxılıblarLənkəran Dövlət Universitetinin 7 tələbəsini gün vurub. Azadlıq Radiosunun xəbərinə görə, iyunun 24-də universitetdə imtahan zamanı bəzi tələbələrin halı pisləşib. Onlar günün birinci hissəsi Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib.
Bir neçə saatdan sonra onların hamısı evə buraxılıb. Xəstəxanadan bildiriblər ki, tələbələr səhər saatlarında xəstəxanaya özləri müraciət ediblər: "Onlar dərhal həkimlər tərəfindən müayinə olunub və hamısına "günvurma” diaqnozu qoyulub. Lazım olan tədbirlər görüləndən sonra müraciət edənlərin hamısı evə buraxılıb”.
Lənkəran Azərbaycanın cənub rayonlarından biridir. Son günlər Azərbaycanın bəzi rayonlarda temperatur müsbət 40 dərəcəyə yüksəlib.
Загрузка...
Загрузка...

Xəbər lenti