Lənkəranda 9 nəfəri quduz itlər dişləyib Lənkəranda 9 nəfəri quduz itlər dişləyib

Lənkəranda 9 nəfəri quduz itlər dişləyib
Загрузка...
Anoloji hadisələr nəticəsində səkkizi kişi və biri qadın olmaqla 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib. Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.
Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra əksəriyyəti evə buraxılıb. Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.
Загрузка...
Загрузка...

Xəbər lenti