Lavrov və Mnatsakanyan Qarabağ məsələsini müzakirə edəcəklər

Lavrov və Mnatsakanyan Qarabağ məsələsini müzakirə edəcəklər
11-13 oktyabr tarixlərində Ermənistan XİN başçısı Mnatsakanyan Rusiyaya rəsmi səfərə gedəcək. RF XİN-in məlumatına görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, KTMT və digər qurumlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
"Müzakirələrin əsas mövzularından biri Dağlıq Qarabağ nizamlanması məsələsidir. 2020-ci il 9-10 oktyabr tarixlərində Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə əldə edilmiş razılaşmaları inkişaf etdirmək məqsədilə münaqişə zonasında gərginliyin aradan qaldırılması və substantiv danışıqlar prosesinin, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin bərpası üçün şərait yaradılması ilə bağlı dialoq davam etdiriləcək”, deyə məlumatda qeyd edilir.

Xəbər lenti