Latın Amerikasında koronavirus dəhşətləri: küçələr meyitlə doludur...

08 May 2020, 20:29
08 May
2020
20:29
1880
Cənubi Amerikadan koronavirusla bağlı dəhşətli görüntülər daxil olmaqdadır.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Ekvadorun kütləvi məzarların dolduğu şəhərlərində virus qurbanlarının cəsədləri küçələrin səkilərində, evlərin bağçalarında atılıb qalıb və çürüməkdədir.
Ekvadorun ən böyük şəhəri olan Quayaquildə yüzlərlə cəsəd aprel ayından bəri küçələrdə qalıb.

Meyitlər o qədər çoxdur ki, onları toplayan qruplar cəsədləri yığıb qurtara bilmirlər. Sosial mediada yayılan görüntülərdə şəhərdə tabutun çatışmadığı, bəzi insanların qohumlarının cəsədlərini parçalara bükərək apardıqları görünür.
Epidemiya nəticəsində yaxınlarını itirən bəzi ailələr ölülərini dəfn etmək üçün səkkiz gün gözləməli olublar. Cəsədləri xəstəxanalardan almaq üçün hətta iki həftə gözləyənlər də var. Meyit toplayanlar onları küçələrdən adi xərəklərlə daşıyırlar. Məzarlıqlar dolduğu dan bəzi sakinlər həyətlərində saxladıqları cəsədlərin çürüməyə başladığını və tanınmaz hala düşdüyünü deyirlər.
Cənubi Amerikada kabus indi də Ekvadorun paytaxtı Quitoda yayılıb.

Amerikanın "Associated Press” Agentliyi Quitoda küçəsinin ortasında koronavirusundan ölən bir nəfərin görüntülərini yayıb. Hadisə yerinə çağırılan qruplar başdan ayağa qoruyucu geyimdə olublar. Onlar cəsəddən barmaq izlərini götürüblər.
Görüntülərdə paytaxt Quito polisinin mühafizə etdiyi ərazidə virus qurbanlarının yaxınlarının hönkürərək ağladığı görünür. Yoluxma sayının 31 min, ölənlərin sayının isə 1569 nəfər olduğu Ekvadorda karantin tədbirləri hələ ki gündəmdədir. Bununla belə, virus Amazonda meşələrdə yaşayan yerli qəbilələrə də çatıb.

"Reuters” xəbər agentliyi Ekvador-Peru sərhədində yerləşən Siekopai qəbiləsi arasında ən azı 15 koronavirusa yoluxma faktının aşkarlandığını və iki nəfər yaşlı xəstənin öldüyünü bildirir. 744 üzvü olan qəbilə üzvlərinin əksəriyyətində koronavirus əlamətləri müşahidə olunur. Tarapoa şəhərinin həkimləri isə bunun yalnız güclü qrip olduğunu söyləyirlər.
Qəbilənin başçısı Castin Piaguaje hökumətdən kömək istədiklərini, lakin heç bir cavab almadıqlarını söyləyib: "Keçmişdə xəstəliklərə çox qurban vermişik, tarixin təkrarlanmasını istəmirik."

"Reuters”-ə məlumat verən yerli CONFENIAE təşkilatı Siekopaidən başqa Amazondakı digər yerli qəbilələrin arasında da koronavirusa yoluxma hallarının olduğunu açıqlayıb.
Rəsmi məlumatlara görə, Braziliya və Perudan sonra Cənubi Amerikada koronavirusunun ən çox yayıldığı Ekvadorda aprel ayında inanılmaz bir hadisə baş verib. Quayaquildəki bir xəstəxanada müalicə alan Covid-19 xəstəsi Alba Marurinin valideynləri onun mart ayında öldüyü bildiriblər.
Sonra Maruriyə aid olduğu bildirilən kül evə göndərilib. Əslində isə həmin vaxt komada olan Maruri aprel ayında komadan çıxıb. O, həkimlərdən bacısına zəng etmələrini istəyib. Marurinin telefon zəngindən heyrətə gələn ailə onlara göndərilən külün kimə aid olmasına görə təəccüb içərisindədir. Xəstəxana Maruri ilə bağlı baş verən qarışıqlıq üçün üzr istəyib.
Marurinin bacısı Aura bu hafisənin əsl möcüzə olduğuna inanır:

"Təxminən bir aydır Marurinin öldüyünü düşünürdük. Təsəvvür edin! Üstəlik bizə başqasının külü göndırilib."
Mənbə yazır ki, Ekvadordakı səhiyyə sistemi epidemiya səbəbindən demək olar ki dağılmaq üzrədir və xəstəxanalar tam xaos içindədir.
Cənubi Amerikada epidemiyanın mərkəzi olan Braziliyada isə xəstəxanadan qaçan koronavirusu xəstə Arlen Laranjeira Bezerra səkidə ölüb qalıb. Hər gün onlarla cəsədin kütləvi məzarlıqda dəfn edildiyi Amazonas əyalətinin ən böyük şəhəri olan Manausda yaşayan bu şəxsin cəsədi xəstəxanadan təxminən 200 metr məsafədə olan səkidə tapılıb.

Sosial mediada yayılan görüntülərdə cəsəd tapılarkən onun ailə üzvlərinin hıçqırıq içində boğulduqları görünür. Hadisə yerinə çağırılan qruplar başdan ayağa qoruyucu geyimdə olublar və cəsədin ətrafına təhlükəsizlik zolağı çəkilib. Bu vaxt Arlen Laranjeira Bezerranın qohumlarından biri cəsədin şəklini mobil telefonuna çəkib.
Səhiyyə naziri Luis Mandettanı əvəzləyən Nelson Teiç Manausda koronavirusla əlaqədar xəstəxananın inşa ediləcəyini açıqlayıb.

Braziliyada koronavirusunun ən çox yayıldığı şəhər olan Manaus Amazon cəngəlliyində yerləşir. Amazonas əyalətinin paytaxtında mövcud xəstəxanalar həftələrdir tamamilə dolub, səhiyyə sistemi həyəcan təbili çalır.
Artıq ABŞ və Rusiya ilə yanaşı koronavirusun yayılmasının yeni mərkəzinə çevrilən Braziliyada son bir gündə 633 nəfər ölüb. Ölkədə virusdan ölənlərin sayı 7 min 921 nəfər təşkil edir. Braziliya Səhiyyə Nazirliyi xəstəliyə yoluxanların sayının 9 min 493 nəfər artaraq 114 min 715-ə çatdığını açıqlayıb.


















Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Foto, Dünya
Vaşinqtonda komendant saatı elan olundu, Pens Konqresdən çıxarıldı
-
Foto, Dünya
Trampın tərəfdarları Konqresin binasına girdilər
-
Foto, Dünya
Yerevanda etirazçılar yolu bağlayıblar
-
Foto, Dünya
Zöhrab Mnatsakanyan istefa verdi
-
Foto, Dünya
Vyananın mərkəzində silahlı hücum
-
Foto, Dünya
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - RUSİYA TƏYYARƏSİ SURİYAYA 450 ERMƏNİ MUZDLUSU APARDI
-
Foto, Dünya
Aclıq aksiyası keçirən vəkil Ebru Timtik 238 gün sonra həyatını itirib
-
Foto, Dünya
Rusiyada “Roskosmos” rəhbərinin müşaviri olan jurnalisti dövlətə xəyanət ittihamı ilə tutdular
-
Foto, Dünya
Əsədin 16 yaşlı qızına eşq elan edən əsgər yoxa çıxdı