“Lady Sharm”ın rəhbərləri həbs olundu - Saxta etiket vurublar...

04 Fevral 2019, 17:08
04 Fevral
2019
17:08
91
Загрузка...
Daxili İşlər Nazirliyi "Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxslərinin cinayət işinə cəlb olunması barədə açıqlama yayıb.
Daxil olan məlumatda qeyd olunur ki, daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.
Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel”, "Fendi”, "Dolce Gabbana”, "Valentino”, "Chiristian Dior” , "İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.
"Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.
Araşdırmalarla həmçinin "Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey” və "Made in İtaly” nişanları tikildiyi məlum olub.
Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində "Lady Sharm”ın "qara” mühasibatlıqların aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə "Lady Sharm”ın bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.




Загрузка...
Xəbər lenti
-
14:44Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
14:42Gənc fəala 15 sutka həbs verilib
-
12:22Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub
-
11:48Böyük Britaniya səfirliyində medianın durumu müzakirə olunub
-
11:08Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
-
11:00Bakıdakı məşhur fahişəxanada əməliyyat - 51 qadın saxlanıldı
-
10:52Məşhur terror təşkilatının lideri Türkiyədədir
-
09:34Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...
-
09:25-İcra başçısının daha bir milyonluq biznesi ifşa edildi - "Bir ölkəni daha necə dağıtmaq olar???"
-
07:46Redaktor narkotik satışına görə həbs edildi
-
07:32Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
07:30''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
07:24AXCP üzvü Rövşən Quliyev həbs edilib
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
-
15:55Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
-
15:47Avropa Məhkəməsi əsgər atasının şikayətini təmin edib
-
15:42“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb
-
12:55"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
11:49Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
11:36Donbasda döyüşən azərbaycanlı əsir düşdü
-
11:26Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
19 Fevral 2019
18 Fevral 2019
Digər xəbərlər
-
Foto, Cinayət
Redaktor narkotik satışına görə həbs edildi
-
Foto, Cinayət
Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
Foto, Cinayət
Bakıda silahlı şəxs saxlanıldı
-
Manşet, Foto, Cinayət
Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
Manşet, Foto, Cinayət
Piyadanı vurub qaçan “Laçın”ın sahibinin oğluymuş...
-
Foto, Cinayət
DTX dövlətə xəyanət edən şəxsi həbs edib
-
Foto, Cinayət
"Anama demişdilər ki, oğlun pulu verməsə bu evdən meyit çıxacaq…”
-
Manşet, Foto, Cinayət, Oğru dünyası
Tovuzda 15 nəfərin öldürmək istədiyi “Malış” kimdir?- QOVLARDAKI ƏMƏLİYYATLA BAĞLI YENİLİKLƏR
-
Foto, Cinayət
“Lady Sharm”ın rəhbərləri həbs olundu - Saxta etiket vurublar...