Kürdəmirdə avtomobil qəzasında 5 nəfər ölüb Kürdəmirdə avtomobil qəzasında 5 nəfər ölüb

Kürdəmirdə avtomobil qəzasında 5 nəfər ölüb
Загрузка...
Ölənlərin arasında azyaşlı uşaqlar var
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən yolda mayın 4-də "Mercedes” və "Nissan” markalı avtomobillərin toqquşması nəticəsinə 5 nəfər ölüb. Avtomobillərdə olan 5 nəfər yaralı isə rayon xəstəxanasına aparılıb. "APA”nın məlumatına görə, ölənlərdən ikisi azyaşlı olub - 2 yaşlı Sabir Piriyev və 12 yaşlı Qorxmaz Kərimov:
"Digər sərnişinlər Mehparə Kərimova, Aygün Kərimova, Aylin Həsənova orta yaşlıdırlar. "Nissan” markalı avtomobilin sürücüsü, İmişli rayon sakini Ceyhun Piriyev, sərnişinlər Şəfa Piriyeva, Reyhan Kərimova, Abbas Kərimov, Arzu Hətəmov isə xəstəxanaya yerləşdiriliblər”.
Faktla bağlı araşdırma aparılır. Statistikaya əsasən, 2019-cu ildə Azərbaycanda 1870 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2018-ci illə müqayisədə 2,9 faiz çoxdur. 1870 yol-nəqliyyat hadisəsində 821 nəfər ölüb, 1702 nəfər isə yaralanıb. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vax olub. Qəzaların 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. 
 



Xəbər lenti