“Kriti Elmar” tutuldu

“Kriti Elmar” tutuldu
Lənkəranda avtoritet saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq "Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cinayətkar aləmdə "kriti Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır. 


Xəbər lenti