Kriminal aləmdə HƏYƏCAN: Erməni və gürcü “qanuni oğrular” həbs edildi Kriminal aləmdə HƏYƏCAN: Erməni və gürcü “qanuni oğrular” həbs edildi

Kriminal aləmdə HƏYƏCAN: Erməni və gürcü “qanuni oğrular” həbs edildi
Загрузка...
İyunun 25-29-u tarixlərində gürcü polisi ilə İspaniya Daxili İşlər Nazirliyi Departivo, Madrid və bir neçə kiçik şəhərdə birgə əməliyyat həyata keçirib. İspaniyada yaxalanan 142 cinayətkar dəstə üzvü arasında erməni və gürcü əslli canilər və "qanuni oğru”lar da var. Crimerussia.com bildirir ki, genişmiqyaslı əməliyyat zamanı erməni və gürcü kriminal dəstələrinin ümumilikdə 142 nəfər üzvü saxlanılıb.
Onların 9-nun Gürcüstan vətəndaşı olduğu bildirilir, 7-si isə erməni əslli ispan və gürcü vətəndaşlarıdır. Genişmiqyaslı əməliyyatın nəticəsi olaraq "Zərbə” adlanan hissəsi daha uğurlu olub və 129 kriminal dəstə üzvü saxlanılıb.
Qeyd edək ki, İnterpol xətti ilə axtarışa verilən gürcü və erməni "qanuni oğru”lar çirkli pulların yuyulmasında və qanunsuz ticarətdə təqsirləndirilirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti