“Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR “Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR “Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR

“Kral” şadlıq sarayında talan olub - MƏRHUM NAZİRİN OĞLUNA MƏXSUSDUR
Загрузка...
"Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən "Kral” şadlıq evində "Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər və elektrik enerjisinin iri miqyasda talandığını üzə çıxarıblar. Bu barədə virtualaz.org-a "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin bildirdiyinə görə baxış zamanı aydın olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilir. Bu faktın üzə çıxmasından sonra "Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb. "Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcəkdir. 
Xatırladaq ki, "Kral” şadlıq sarayı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun ailə biznes şəbəkəsinə daxildir. Həmin şadlıq sarayını və mərhum nazirin digər çoxsaylı kommersiya obyektlərini hazırda onun oğlu idarə edir.
Belə görünür ki, keçmiş nazirin bu nəhəng obyektində elektrik enerjisinin talanması yeni baş vermiş fakt deyil və illərdir həmin vəziyyət hökm sürür. Başqa sözlə, yüz minlərlə manat dəyərində elektrik enerjisinin talan edilməsindən söhbət gedə bilər.
Bəs bu talançılıq Nərimanov rayon Elektrik Şəbəkəsinin rəhbərliyinin və işçilərinin xəbəri olmadan baş verə bilərdimi? Bu, qətiyyən ağlabatan deyil.
Məsələ ilə bağlı Nərimanov rayon Elektrik Satışı və Təchizatı İdarəsi ilə əlaqə saxlayıb "Kral” şadlıq sarayında elektrik enerjisinin talanmasına illərdir niyə şərait yaradıldığını soruşmağa çalışdıq. Lakin bildirdilər ki, "rəhbərlik yerində yoxdur, ərazidədir”.
 
Azərbaycanda "Azərişıq” ASC tərəfindən elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması, itkilərin azaldılması istiqamətində son illər genişmiqyaslı fəaliyyət həyata keçirilir. Ölkənin rayonlarında elektrik şəbəkəsi demək olar ki, sıfırdan qurulur. Lakin göründüyü kimi yerli şəbəkələrdə korrupsiyalaşmış məmurlar bu işlərə zərbə vururlar və elektrik enerjisinin-dövlət malının talan edilməsi üçün ayrı-ayrı korrupsionerlərlə, onların biznes obyektlərini işlədənlərlə cinayətkarcasına işbirliyi qururlar. Bu baxımdan "Kral” şadlıq sarayında elektrik enerjisinin talanması faktına mütləq hüquq-mühafizə orqanları tərəfindən qiymət verilməli, talançılığı həyata keçirənlər və ona şərait yaradanlar qanun qarşısında cavab verməlidir.
Virtualaz.org elektrik enerjisinin iri miqyasda talanması ilə bağlı araşdırma aparmaq üçün şadlıq sarayı ilə əlaqə saxlayıb. Restoranın özünü təqdim etmək istəməyən əməkdaşı qanunsuz transformatorun qoyulmasını təkzib edib. O, həmçinin belə məlumatdan xəbərsiz olduğunu deyib: "Elə bir fakt yoxdur, sizdən eşidirik”. 

Yavər Camalov 
Mərhum müdafiə sənayesi naziri Yavər Camalovun ailə biznes şəbəkəsinə daxil olan "Kral” şadlıq sarayında elektrik enerjisinin böyük miqyasda talanması faktının üzə çıxmasından sonra şadlıq sarayının yerləşdiyi Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev "işdə yol verdikləri nöqsanlara görə" vəzifələrindən kənarlaşdırılıblar. Bu barədə "Report” bildirir. İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir. 




Загрузка...
Загрузка...

Xəbər lenti