'Korrupsiyaya münasibət seçkidən asılıdır'

'Korrupsiyaya münasibət seçkidən asılıdır'
Загрузка...
«Azərbaycanda toplum daxilində korrupsiya faktlarına ciddi etiraz görünməməsi nəticədir. Səbəblər haqqında «səsli» düşünməyə çalışacağam». Bunu iqtisadçı Natiq Cəfərli bildirib.
O, bu məsələdə əsasən iki məqamın üzərində dayanır: «Bu torpaqlar bir neçə imperiyanı, özü də tam fərqli ideoloji, dini, fəlsəfi, iqtisadi təməli olan imperiyaları yola verib... Öz dövləti olmayıb deyə, gələn-gedənləri özününkü bilməyib, dövlətə, onun orqanlarına şübhə ilə yanaşıb. «Dövlət mənim işimə qarışmasın, mane olmasın, nə istəyir etsin», yanaşması düşüncə tərzində hakim olub». İqtisadçı deyib ki, təəbə (əhali) məmurun (fərqli imperiyalarda bu kastanın adı fərqli olub) oğurladığını özündən, cibindən getdiyi kimi duymayıb, dövlətlə (məmurla) mübarizə etməkdənsə anlaşmağı üstün sayıb:
​«Bacarıqlı toplum olub deyə, həm özü qazanıb, həm dövləti yedizdirib. Məhz buna görə toplumun davranış və düşüncə kodlarında maraqlı, dünyanın digər xalqlarında görünməyən deyimlər yaranıb. «Yumurtadan yun qırxmaq», «Daşdan pul çıxartmaq», «Oğrudan oğruya halaldır», «"Beş günlük dünyadır», «Dövlətin malı dənizdir, yeməyən donuzdur» kimi deyimlər davranış alqoritmini müəyyənləşdirib».
N.Cəfərliyə görə, sovet dönəmi isə bu kodları lap pərçimlədib - tikintidə işləyən evə sement, zavodda işləyən alət, fabrikdə işləyən parça, kolxozda işləyən kartof daşıyıb.
İqtisadçı hesab edir ki, bir çoxları qaynayıb-qarışmadığı dövlətdən çırpışdırmağı problem saymadığından başqalarının da oğurladığını normal hal sayıb.
N.Cəfərli vurğulayıb ki, müstəqillikdən sonra yavaş-yavaş insanlarda öz dövlətinin təəssübkeşliyi yaranıb. Bununla belə, onun fikrincə, ölkədə vergiödəyici mədəniyyəti formalaşmayıb: ««Vergi verirəm deyə, tələb edirəm» yanaşması yoxdur. Çünki vergi tarixən seçkiyə bağlı olub. Seçki yoxdursa, verginin əhəmiyyəti ölür - deməli, məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi də seçki institutunun formalaşmasından asılıdır».
Загрузка...
Загрузка...

Xəbər lenti