Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin - vətəndaş imdad diləyir Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin - vətəndaş imdad diləyir

Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin - vətəndaş imdad diləyir
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi son 1 ayda bir neçə xəstəxanada əməliyyat keçirib, baş həkimlər, həkimlər həbs olunub. Şabran rayon sakini, yataq xəstəsi olan Rəhim Ramazan oglu Nəzirovun yaxınları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçılarını Şabran xəstəxanasında da oxşar əməliyyat keçirməyə dəvət ediblər.
Redaksiyamıza ünvanladıqları şikayətdə yazırlar ki, 3 uşaq atası olan 60 yaşlı Rəhim Ramazan oglu Nəzirov təxminən 2 il əvvəl infarkt keçirib. Ondan sonra danısıq qabiliyyətini itirib və sağ qolu, sağ ayağı iflic olub. Sərbəst hərəkət imkanını itirib. Bu xəstəliyi müalicə etdiyi bir vaxtda prostatında xərçəng əmələ gəlib. Əməliyyat olunub və yataq xəstəsinə çevrilib. Yaxınları xəstəxana sənədləri ilə Şabran rayon xəstəxanasına müraciət ediblər. Bundan sonra yataq xəstəsinə 2 qrup əlil statusu verilib. Müvafiq olaraq 135 manat pensiya kəsilib.
Yaxınları yazır ki, 2 ilə yaxındır ki, Rəhim Ramazan oglu Nəzirova 1-ci qrup əlil statusunun verilməsi üçün müvafiq dövlət qurumlarına, əsasən də Şabran rayon Xəstəxanasının nervpatoloqu Azad Həsənova müraciət edirlər. Amma nəticə olmur.
Ağır xəstənin yaxınları qeyd edir ki, Azad Həsənov nə onları qəbul edir, nə də ki, xəstəyə verməli olan dərmanları verir: "Əlil arabasında xəstəxanaya aparırıq ki, dərmanları versinlər. Saatlarla gözlədir, sonda da "gedin, sabah gəlin”ismarıcını göndərir. Bizə eşitdirirlər ki, Azad Həsənova "hörmət” etməmişik deyə bu cür münasibətlə qarşılaşırıq. 4 min manat verəcəyimiz halda problemin tez bir zamanda həllini tapacağını deyirlər. Deyirlər ki, "hörmət” edənlərin sənədləri tez bir zamanda hazırlanır, uyğun qrup verilir. Bizim xəstəyə 1-ci qrupun verilməməsi də bu səbəbdən baş tutmur. Çunki "hörmət” eləmirik...”
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. 




Xəbər lenti