“Koronavirusla bağlı məhdudiyyətlərdən müxalifətə qarşı sui-istifadə edilir”

16 Aprel 2020, 18:25
16 Aprel
2020
18:25
379
Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqid edib
Beynəlxalq insan hüquqları müdafiə təşkilatları Azərbaycan hakimiyyətini koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən müxalifətə qarşı repressiya kimi istifadəni tənqid edib.
"Azadlıq Radiosunun” məlumatına görə, "Human Rights Watch” təşkilatının bəyanatında Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən müxalifət fəallarının həbsi və hökumət tənqidçilərinin susdurulması üçün sui-istifadə edildiyi bildirilib.
Qurum hakimiyyətin azı altı fəalı və müxalifyönlü jurnalisti karantin qaydalarını pozmaq və polisin göstərişlərinə əməl etməmək kimi saxta ittihamlarla 10 sutkadan 30 sutkaya həbsə məhkum etdiyini deyib.
Bəyanatda qeyd olunur ki, saxlananların demək olar hamısı hökumətin nəzarətində olan karantin mərkəzlərindəki şəraiti, hökumətin pandemiyadan əziyyət çəkənlərə adekvat kompensasiya verə bilməməsini tənqid edib.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib ki, bu həbslər Azərbaycanda çoxdankı qisasçılıq ənənəsinə tam uyğun gəlir.
"Hakimiyyət ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən, legitim çıxışı cəzalandırmağa bəhanə kimi istifadəni dayandırmalıdır”.
"Human Rights Watch” bildirib ki, martın 22-dən bəri saxlanmış yeddi hökumət tənqidçisinin ailə üzvləri və vəkilləri ilə danışıb, məhkəmə sənədlərini gözdən keçirib. Qurum həbslərdən öncə Prezident İlham Əliyevin pandemiyaya qarşı tədbirlərdən müxalifətə qarşı istifadə olunacağını ehtiva edən sözlərini yada salıb.
Təşkilat hesab edir ki, bu, hökumətin azad sözə və siyasi tənqidçilərə nifrətinin daha bir göstəricisidir.
Digər hüquq müdafiə təşkilatı olan "Amnesty International” aprelin 16-da illik icmal açıqlayıb.
İcmalda qeyd olunub ki, Şərqi Avropa və Orta Asiyada bir çox hökumətlər insan haqlarına qarşı "irimiqyaslı hücum” gerçəkləşdirib, etirazları, ifadə azadlığı və vətəndaş cəmiyyətini boğmaqdan ötrü qəddar taktikaya və alətlərə əl atıb. Hesabatda vurğulanıb ki, insan hüquqları müdafiəçiləri, jurnalistlər, qeyri-hökumət təşkilatları və etirazçılar 2019-cu ildə artan təzyiqlə üzləşməsinə baxmayaraq, dinc etirazçılar getdikcə daha sıx birləşərək hökumətlərindən hesabat tələb edirlər.
Qurum Belarusd, Qazaxıstan, Azərbaycanda hökumətlərin koronavirusun yayılmasını önləməkdən ötrü fövqəladə tədbirlər, genişmiqyaslı qadağalar tətbiq etdiyini bildirir. Amma bütün bu tədbirlərin insan haqlarını daha da boğacağı sarıdan əndişələr var.
"Regiondakı hökumətlər pandemiyadan yararlanaraq adamları repressiya etməyə yeni yollar ixtira etməyiblər, özlərinin təkmil metodlarından istifadəni sürətləndiriblər”, – o vurğulayıb.
Hesabatın Azərbaycanda aid hissəsində bildirilib ki, 2019-cu ildə Bakıda dinc etirazçılar siyasi narazıların qəddar repressiyasına qarşı cəsarət sərgiləyib, qadınlar məişət zorakılığına son qoymaqdan ötrü hesabatlılıq və səmərəli tədbirlər tələb edib.
"Amnesty International” Azərbaycanda insan haqlarının durumunun ürəkaçan olmadığı, hökumətdən narazılara qarşı sərt qadağalara əl atıldığı bildirilir.
Prezident İlham Əliyev martın 19-da Novruz Bayramı ilə əlaqədar çıxışında deyib:
"Nə vaxtsa fövqəladə vəziyyət elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər”.
Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə isə İlham Əliyev AXCP və Müsavatı düşmən adlandırıb:
"Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır”, - İlham Əliyev deyib.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
Manşet, Cəmiyyət
Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
Manşet, Cəmiyyət
“Banlayan dırnaqarası iqtisadçılar, dilinizi qoyun qarnınıza”
-
Manşet, Cəmiyyət
Nəciməddin Sadıqovun yerinə onu gətirirlər?
-
Manşet, Cəmiyyət
Qazinin dili “P”ya dönmədi…
-
Manşet, Cəmiyyət
Əmlakı qəsb olunan Bakı sakini Bayraktara məktub yazdı - zərbə dronu istədi
-
Manşet, Cəmiyyət
Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
-
Manşet, Cəmiyyət
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı - Sərəncam
-
Manşet, Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı