Koronavirus: New Yorkda kütləvi məzarlar qazılır

Koronavirus: New Yorkda kütləvi məzarlar qazılır
Загрузка...
ABŞ-ın New York şəhərində kütləvi məzarlıqlar salınır, mediada yayılmış dronla çəkilmiş videolardan belə görünür. New York-da koronavirusdan ölənlərin sayı hər gün artır. Son məlumatlara görə, New York hazırda koronavirusa yoluxma sayına görə digər ölkələrdən belə qabaqdadır. COVİD-19 diaqnozu qoyulanların sayı 10 mindən təxminən 160 minə yüksəlib. Onlardan 7 mini vəfat edib. İspaniyada 153 min, İtaliyada 143 min, ötən il virusun ortaya çıxdığı Çində 82 min koronavirusa yoluxma aşkar edilib.
Bütün ABŞ-da 462 min yoluxma qeydə alınıb və COVİD-19-dan 16 500 vəfat edən var. Bütün dünyada koronavirusa yoluxanların aşkar edilmiş sayı 1,6 milyon, ölənlərin sayı 95 mindir. Yayılmış videolarda qoruyucu geyimlərdə olan işçilərin tabutların yığıldığı yerə nərdivanla endiyi görünür. Video kimsəsiz və yoxsul amerikalıların dəfni üçün nəzərdə tutulan Bronx bölgəsində olan Hart adasında çəkilib.
150 ildən çoxdur ki, şəhər məmurları bu ərazini kimsəsiz və yoxsulların dəfni üçün istifadə edirlər. Video görüntülərdə görünən tabutların koronavirus qurbanlarına məxsus olması ehtimalı var, amma bu aydın deyil ki, mərhumlar yoxsul və ya kimsəsizdirmi? Bu məzarlıqda dəfn işləri həftədə bir gün aparılırdısa, indi 5 günə qalxıb. Adətən, məzar qazılması ilə şəhərdəki ən böyük həbsxananın məhbusları məşğul olurdu, amma ölümün artması işçi ehtiyacını da artırıb.
New York şəhər meri Bill de Blasio bu həftənin əvvəlində bildirmişdi ki, bəzi cəsədlər Hart adasında müvəqəti olaraq dəfn edilə bilər. New York-da koronavirusdan ölüm sayı çərşənbə günü rekord sayda qeydə alınıb: bir gündə 799 adam ölüb. Amma şəhər rəsmiləri New York hospitallarında COVİD-19 pasiyentlərinin azaldığını ümidverici fakt kimi bildirirlər.

Xəbər lenti