Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə müraciət edib

06 Oktyabr 2020, 20:43
06 Oktyabr
2020
20:43
1198
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edib. Criminal.az-ın məlumatına görə, bəyanatda son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb.
Qeyd edilib ki, bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olub. Bu hərəkətlər təcavüzkar Ermənistan hakimiyyətinin 1988-ci ildə başlayan, Azərbaycan ərazisinin işğal edilməsinə yönələn və azərbaycanlıların etnik təmizləməsi ilə müşayiət olunan siyasətinin davamıdır.
Bəyanatda, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan ordusu tərəfindən işğal olunması, bu işğal nəticəsində bir çox şəhər və kəndlərin tamamilə dağıdılması, yerli əhalinin isə etnik təmizləməyə məruz qalması diqqətə çatdırılıb.
Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yaşayış yerlərindən məcburi çıxarılıb. Təkcə Xocalıda baş verən və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi naməlumdur.
Konstitusiya məhkəmələrinin diqqətinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.
Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı 2015-ci il 16 iyun tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib.
Bəyanatda, həmçinin vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub.
Xüsusilə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunur.
Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib.
Xəbər lenti
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
-
11:01Əhməd Əhmədzadəyə yeni vəzifə verildi
-
10:59Dünən həbs olunan generalların törətdiyi əməllər açıqlandı
-
10:53“AXCP üzvünə qarşı yalan ifadə vermədiyinə görə həyatını məhv edirlər”
-
10:5144 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri
-
00:01AMEA-dakı pozuntularla bağlı cinayət işi açıldı
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Rövşən Əkbərov həbsdən buraxılmaq üçün məhkəməyə üz tutdu
-
Manşet, Məhkəmə
Prokuror Yunis Səfərova ömürlük həbs cəzası istədi
-
Manşet, Məhkəmə
Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
Manşet, Məhkəmə
“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
Manşet, Məhkəmə
Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
Manşet, Məhkəmə
Qocaman jurnalistin işi hakimlərin şərəflərinə and içdiyi instaniyaya çatdı
-
Manşet, Məhkəmə
Məşhur prokurorun oğlu həbsdən buraxıldı
-
Manşet, Məhkəmə
Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
Manşet, Məhkəmə
Ali Məhkəmə Zamirə Hacıyevanın şikayətlərini rədd edib