Komaya düşən tələbə öldü - Hamilə imiş

Komaya düşən tələbə öldü - Hamilə imiş
Загрузка...
Azərbaycanda komaya düşən hamilə qadın bətnindəki körpə ilə birlikdə dünyasını dəyişib. "Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə insult keçirən Samirə Məmmədzadə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 6 aylıq hamilə olan Samirə ilə yanaşı, onun bətnindəki körpə də dünyasını dəyişib.
Qeyd edək ki, 11 aylıq uşağı olan S.Məmmədzadə Lənkəran Dövlət Universitetinin 5-ci kurs tələbəsi idi. O, Təbiyyat fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

Xəbər lenti