Kollegiya 7 vəkili cəzalandırıb

Kollegiya 7 vəkili cəzalandırıb
Загрузка...
Üzvlük haqqını ödəməyən 2 vəkillə bağlı məhkəməyə müraciət edilib
Vəkillər Kollegiyası Rəyasət Heyəti daha 7 vəkili cəzalandırıb. Onlardan ikisinin Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırılması üçün məhkəməyə müraciət edilməsinə qərar verilib. Bu haqda Vəkillər Kollegiyasının (VK) dekabrın 14-də yaydığı məlumatda bildirilir.
Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin dekabrın 13-də keçirilmiş iclasında qəbul edilib. Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 40 intizam icraatı barədə rəylərə baxdığı bildirilir.
Müzakirələrin yekununda 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Kollegiyanın məlumatına görə, həmin vəkillər üzrlü səbəb olmadan üzvlük haqqını 6 aydan artıq müddətə ödəmədiklərinə görə cəzalandırılıblar.
Vəkillə bağlı müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğu deyilən daha bir Kollegiya üzvünün isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Daha 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verildiyi bildirilir. Bu cəzaların səbəbələri açıqlanmır.
Cəzalandırılan vəkillərin adları da açıqlanmayıb. 27 iş üzrə pozuntu aşkar edilmədiyi, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılacağı bildirilir. Vəkillər Kollegiyası bundan əvvəl - sentyabrda dörd, oktyabrın sonunda isə 2 vəkilin fəaliyyətinin dayandırılmasına qərar vermişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti