Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxunub: Ancaq müğənni pulunu geri ala bilməyib

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxunub: Ancaq müğənni pulunu geri ala bilməyib
Загрузка...
Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub. Ona qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Məlahət Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə göstərilib ki, Məlahət Məmmədovanın işində 5 nəfər zərərçəkmiş var. Onlardan üçünün zərəri ödənilib. Sevinc Əliyeva və Könül Kərimovanın zərəri isə tam olaraq ödənilməyib.
Xatırladaq ki, bu iş üzrə baş tutan proseslərdən birində Rəsul Quliyev ifadə verərək demişdi ki, təqsirləndirilən şəxs Məlahət Məmmədova ondan hərbi komissarlığa işə düzəltmək adı ilə pul alıb. Amma iş alınmadığı üçün pul geri qaytarılıb.
"Məndən 2010-cu ildə 180 min işə düzəltmək adı ilə pul almışdı. Sonra da qaytardı. Mən özüm hərbi komissarlıqda işləmişəm. Amma həmin vaxt ehtiyatda idim" - deyən Rəsul Quliyev daha sonra suallara cavab verib. Məlum olub ki, Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi işləyirmiş. Rəsul Quliyev rüşvət verdiyini etiraf edəndən cəmi bir gün sonra işdən azad edilib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən sərəncama götürülüb və vəzifədən kənarlaşdırılıb. M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb. M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb. M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir. Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib. M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti