Klinikanın direktorunu bıçaqlayan həkim həbs edildi

Klinikanın direktorunu bıçaqlayan həkim həbs edildi
Загрузка...
Dünən Sumqayıtda bıçaqlanan "Sum Modern Dental Clinic”in baş həkimi Şahin Baxşəliyevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo”ya məlumatı qardaşı, "Şəfqət” klinikasının baş həkimi Fikrət Baxşəliyev verib. O bildirib ki, hazırda Ş. Baxşəliyevin vəziyyəti stabildir: "Bizə bildirildi ki, vəziyyəti ağırdır. Dünəndən etibarən stabil olaraq qalır, həkim nəzarəti altındadır”.
Sumqayıt şəhər Polis İdarəsi və prokurorluğunun Criminal.az saytına daxil olan birgə məlumatında deyilir ki, avqustun 5-də Sumqayıt şəhərində yerləşən "Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin qeyd edilən klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib. P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Загрузка...
Загрузка...

Xəbər lenti