Kirayə qaldığı evdən oğurluq etdi Kirayə qaldığı evdən oğurluq etdi

Kirayə qaldığı evdən oğurluq etdi
Загрузка...

Fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Criminal.az-a verilən məlumata görə, Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov müəyyən edilərək saxlanılıb. R. Sadıxov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Загрузка...
Загрузка...

Xəbər lenti