Kinorejissor vəfat edib

Kinorejissor vəfat edib
 Çingiz Rəsulzadə Şağan qəsəbəsində dəfn olunacaq
Kinorejissor, ssenarist Çingiz Rəsulzadə vəfat edib. Bu haqda "ButaFilm”in direktoru Vidadi Rüstəmov "Facebook”da yazıb.
Çingiz Rəsulzadə 1972-ci ildə Bakıda doğulub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.
"Həyat haqqında mimlər” (2002) qısametrajlı, "Jestlər.. Barışıq” (2005) sənədli və "Kuklalar” (2009) tammetrajlı bədii filmlərinin ssenari müəllifi və rejissorudur.
Vidadi Rüstəmov APA-ya bildirib ki, mərhum bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Xəbər lenti