Keşmiş nazir maliyyə fırıldağına görə saxlanıb

Keşmiş nazir maliyyə fırıldağına görə saxlanıb
Загрузка...

İranın keçmiş rifah və sosial təhlükəsizlik naziri maliyyə fırıldağına görə həbs olunub. Bu haqda rəsmi media noyabrın 11-də məlumat yayıb.

Ölkənin rəsmi IRNA xəbər agentliyinin bildirməsinə görə, Parviz Kazemi noyabrın 9-da Tehrandakı Evin həbsxanasına aparılıb.

Kazemi keçmiş sərt xətt tərəfdarı olan prezident Mahmud Ahmadinejad-ın dövründə bir ilədək nazir işləyib, 2006-cı ildə prezidentlə siyasi fikir ayrılığı səbəbindən istefa verib. Daha sonra bank sektorunda çalışıb.

Son illər Kazemi Ahmadinejad-ın tənqidçisinə çevrilmişdi.

Ahmadinejad-ın müttəfiqlərinin bir neçəsi hazırda təhlükəsizlik və maliyyə fırıldağı ittihamlarıyla həbsədirlər.

Sentyabrda keçmiş prezidentin yaxın müttəfiqi olmuş Esfandiar Rahim Mashaei 6 il yarım həbs cəzasına məhkum edilib. O, dövlət təhlükəsizliyinə qarşı sui-qəsd planlaşdırmaqda, İslam Respublikasına qarşı təbliğatda, rəsmiləri təhqir etməkdə suçlu bilinib.

Загрузка...
Загрузка...

Xəbər lenti