Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır

Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
Загрузка...
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın aktivlərindən 1.2 milyard dollar dövlətə qaytarılıb. Yerli KİV bildirir ki, bu barədə G.Kərimovanın qızı İnstaqram hesabında yazıb. İnstaqram hesabında həmçinin Kərimovanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı da qeyd edilib.
Xatırladaq ki, Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Suraya Raxmanova üç gün əvvəl qeyd etmişdi ki, G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub və mərhələ-mərhələ geri qaytarılır.
Onu da qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyununda humanizm prinsipləri əsas götürülərək G.Kərimovanın cəzası ev dustaqlığı ilə əvəzlənib. Amma həmin müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə barəsində yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub və hazırda cəzasını çəkir.
Загрузка...
Загрузка...

Xəbər lenti