Kərəm Həsənovun bacısının 2 milyon manat verdiyi falçıya hökm oxundu

22 Fevral 2022, 14:48
22 Fevral
2022
14:48
913
"Soruşan olmadı ki, 2 milyonu falçıya verənə bu pul hardan idi?”
Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon manat almaqda ittiham olunan Şəfəq İsmiyeva və Ceyhun Zeynallının məhkəməsi yekunlaşıb.
Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə onlara hökm oxunub. Hökmə əsasən, Şəfəq İsmiyeva 10 il, Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl Ceyhun Zeynallı son sözünü deyib. O bildirib ki, təqsirsizdir, Rəna Ağarzayeva ilə nə telefon danışığı olub, nə də görüşüb. Onun adını ilk dəfə istintaqda eşidib, özünü də məhkəmədə görüb.
Falçılıq, dələduzluq kimi əməllərdən uzaq olduğunu bildirən Ceyhun Zeynallının sözlərinə görə, bir müddət qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Şəfəq İsmiyevanın da bu cür işlərlə məşğul olduğunu bilməyib:
"Düzdür. O adamla ünsiyyətim olub. Amma bu, cinayət deyil, əxlaq normalarından kənar hərəkətdir, mənim səhvimdir. Mən nə ona yardım eləmişəm, nə falçılıqla məşğul olmuşam, nə də dələduzluq etmişəm. O, bir tərəfdən deyir ki, guya aldığı pulları mənə verib, özünə ancaq çörəkpulu götürüb, digər tərəfdən də zərərçəkmiş tərəflə 500 min manatlıq müqavilə bağlayır. Özünə ancaq çörəkpulu götürən 500 min manatı hardan ödəyəcək?”
Ceyhun Zeynallı əlavə edib ki, Şəfəq İsmiyeva onu qurban verməklə özünü xilas etməyə çalışır.
"Mən məhkəmədən mərhəmət yox, ədalət istəyirəm. İstəyirəm ki, bu işə ədalətli baxılsın”, – Ceyhun Zeynallı son sözündə əlavə edib.
Şəfəq İsmiyeva isə son sözündə özünü təqsirli bilib. Lakin o, məhkəmədən xahiş edib ki, himayəsində iki azyaşlı uşağının olmasını, onlara təkbaşına baxmasını nəzərə alıb, ona həbslə bağlı olmayan cəza verilsin:
"Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.
Şəfəq İsmiyeva istintaq və məhkəmə dövründə həbsdə deyildi, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun ikinci övladı məhkəmə gedən dövrdə doğulub.
Şəfəq İsmiyeva fevralın 21-də hökmdən sonra məhkəmə zalında həbs edilib.
Ceyhun Zeynallının ailə üzvləri məhkəmədən sonra bildirib ki, məhkəmə sifarişlə hökm çıxarıb: "Sifarişçi də Kərəm Həsənov idi. Onun sifarişiylə günahsız adama 11 il verdilər. Soruşan olmadı ki, 2 milyonu falçıya verənə bu pul hardan idi?”
Hökmdən bir müddət əvvəl Ağarzayevlərlə Şəfəq İsmiyeva arasında ayda 10 min manat ödəmək öhdəliyinə dair razılaşma imzalanıb.
Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Şəfəq İsmiyeva "İnstagram”da səhifə açıb, özünü "Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.
Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib.
O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib. O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.
Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq "WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib: "Əgər məhkəmə banklara sorğu verilsə, nə qədər pul göndərdiyi aydın olar”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”