Kərəm Həsənovun bacısıgillə onu aldadan falçı arasında yarım milyonluq razılaşma imzalanıb

17 Fevral 2022, 17:32
17 Fevral
2022
17:32
822
Prokuror təqsirləndirilən şəxslərə iş istədi
Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon manat almaqda ittiham olunan Şəfəq İsmiyeva onunla barışıq sazişi imzalayıb. Bunu Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev də təsdiqləyib. Barışıq sazişini də notarial qaydada Sənan Ağarzayev imzalayıb.
Razılaşmaya əsasən, Şəfəq İsmiyeva və onun valideynləri ayda 10 min manatdan olmaqla, 500 min manat pul verməlidilər. Bu yolla onlar Ağarzayevlərə dəymiş ziyanı ödəmək öhdəliyi götürüblər.
Fala baxmaq adıyla Rəna Ağarzayevanı aldadıb, onun 2 milyon manatını dələduzluq yoluyla ələ keçirməkdə ittiham olunan Şəfəq İsmiyeva və onun qeyri-rəsmi həyat yoldaşı olmuş Ceyhun Zeynallının işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında Şəfəq İsmiyeva son sözünü deyib. O, hakimlərdən xahiş edib ki, hökm çıxararkən həbs olunacağı halda, iki azyaşlı övladına baxacaq kimsəsi olmadığını nəzərə alsınlar:
"Mən bu prosesdə şəxsiyyətimi, ləyaqətimi alçaldan çox şey eşitdim. Amma heç də hər şey elə deyildi. Özümdən artıq inandığım həyat yoldaşım məni başqa cür qələmə verdi. Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.
Ceyhun Zeynallı isə son sözünü demək üçün hakimlərdən vaxt istəyib.
Zərərçəkmiş qismində tanınan Sənan Ağarzayev bildirib ki, Şəfəq İsmiyevanın valideynləri ayda 10 min manat ödəmək öhdəliyi götürməkdən əlavə 5 min manat da ödəyiblər.
Təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, hələ istintaq dövründə də zərərçəkmiş tərəfə 317 min ödənilib. Bunun 220 minini Ceyhun Zeynallının yaxınları, 97 minini isə Şəfəq İsmiyeva ödəyib.
Prokuror Ceyhun Zeynallının 13 il, Şəfəq İsmiyevanın isə 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan Şəfəq İsmiyevanın hökmdən sonra məhkəmə zalında həbs olunmasını da çıxışında qeyd edib.
Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İttihama əsasən, Şəfəq İsmiyeva "İnstagram”da səhifə açıb, özünü "Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.
Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib.
O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.
Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyir.
Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq "WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib. Əgər məhkəmə banklara sorğu verilsə, nə qədər pul göndərdiyi aydın olar.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”